Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Məmurlar mülkləri ilə bağlı məlumatları dövlət reyestrindən necə sildirir? - FOTO

Tarix 08.07.22, 14:37

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytından rəsmi reyestr məlumatlar necə silinə bilər və bununla bağlı Komitənin sədri cənab Anar Quliyevin xəbəri varmı?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin reyestr bazasından məlumatlar silinir. 

Bir neçə gün əvvəl Baş nazir Əli Əsədovun sabiq köməkçisi Zakir Paşayevin Bilgəh qəsəbəsində 0.12 sot ərazidə tikinti sahəsi 720 kvadrat metr olan 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirməsi haqda məlumat vermişdik.

Açıklama yok.

Həmin məsələ ilə bağlı Zakir Paşayevin mövqeyini öyrənmək üçün göndərdiyimiz sorğudan bir neçə saat sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasında şöbə müdiri ilə bağlı reyestr məlumatının silinməsinin şahidi olduq. Çox güman ki, bu, Zakir Paşayevin müdaxiəsi ilə baş verib.

https://www.arxkom.gov.az/storage/codes/Tikintiye-3542_1628758686.pdf

Açıklama yok.
Açığı, bizim qeydimizdən sonra silinmiş məlumatın bərpa olunacağını gözləyirdik. Çünki dövlətin reyestr bazasından məlumatların silinməsi cinayət məsuliyyəti yaradır. Amma məlumatların bərpası ilə qanunsuzluğun qarşısının alınacağı ilə bağlı gözləntilərimiz özünü doğrultmadı.

Açıklama yok.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasından təkcə Zakir Paşayevin Bilgəhdə inşa etdirdiyi ictimai iaşə obyektinin reyestr məlumatı silinməyib. Bizim müşahidələrimizə görə, bir sıra məmurların da həmin bazadakı reyestr məlumatları yoxa çıxır. 

Maraqlıdır, görəsən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasından məlumatların silinməsini komitə sədri Anar Quliyev bilirmi?  

Açıklama yok.

Yoxsa bütün bu baş verənlər Komitə sədrindən gizli şəkildə həyata keçirilir?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com







Xəbərin oxunma sayı : 1915




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap