Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Məşhur “qanuni oğru“ saxlanıldı - “Lotu Quli“nin yerinə iddialı idi

Tarix 01.02.22, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın güc strukturları Moskvada fəaliyyət göstərən "Dvoryanskoe qnezdo” restoranında xüsusi əməliyyat keçirib. 

Qaynarinfo xəbər verir ki, əməliyyat nəticəsində 48 yaşlı "oğru” Georgiy Akoev (Giya Sverdlovski) saxlanılıb.

Akeov yezid əsilli "qanuni oğru”dur. O, 2013-cü Moskvada qətlə yetirilən "oğru” Aslan Usoyanın (Ded Xasan) yaxın qohumudur. Bəzi məlumatlara görə, onun bacısı oğludur.

Giya Sverdlovskinin kriminal aləmdə yüksəlişi də bununla əlaqələndirilir. Akoevin adı həm də 2020-ci ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı "oğru” Nadir Səlifovun (Lotu Quli) yerinə iddialılar sırasında çəkilirdi. 

Lakin bu baş tutmadı. Kriminal dünya "Lotu Quli"nin varisi kimi onun qardaşı "oğru” Namiq Səlifovu (Namiq Bakinski) qəbul etdi.

Giya Sverdlovski Rusiyanın şimal əyalətlərində söz sahibi olub. O, hazırda həmin əyalətlərdə yegənə "oğru” kimi qəbul edilir.

Rusiya mənbələrinin məlumatına görə, Sverdlovskinin saxlanılması profilaktik xarakter daşıyıb.

Akoevin kriminal dünyadakı rəqiblərinə gəlincə, bu sırada gürcü əsilli "oğru”lar Merab Canqveladze (Merab Suxumski) və Tariel Onianinin (Taro) rəhbərlik etdiyi "Oniani-Canqveladze” klanının adını çəkmək olar. Yeri gəlmişkən, 2013-cü ildə "Canqveladze-Oniani” klanının 3 üzvü Giya Sverdlovskiyə bıçaqla xəsarət yetirib.






Xəbərin oxunma sayı : 841




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap