Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mayda əfv və amnistiya olacaq – Hüquq müdafiəçisi

Tarix 18.04.18, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


Gələn ay Azərbaycanda amnistiya aktının qəbulu və əfv sərəncamının veriləcəyi gözlənilir. Mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi və 28 mayda Xalq Cümhuriyyətinin yaranmasının yüz illiyi ilə əlaqədar belə önəmli qərarlara şahidlik edə bilərik.

Bu günlərdə AŞ PA həmməruzəçilərinin iyunun ilk yarısında ölkəmizə səfər edəcəkləri barədə xəbərlərin yayılmasının təsadüf olmadığı vurğulanır. Əslində bu səfərin əfv və amnistiyadan sonraya məqsədli şəkildə salındığı və bunlar baş verərsə, həmməruzəçilərin hesabatında bunların əksini tapacağı bildirilir. Məhz bu səbəbdən Azərbaycan iqtidarının Avropa ilə münasibətlərini yaxşılaşdırmaq üçün səfərə qədər əfv sərəncamını imzalayacağı, amnistiya aktının isə qəbul olunacağı qeyd olunur.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı da çox ümidlidir: “Həmməruzəçilərin səfəri təəccüblü deyil. Bu sadəcə onların işgüzar səfəridir. Onlar zaman-zaman Azərbaycana gəlirlər. Bakıda olduqları zaman dövlət rəsmiləri, hüquq müdafiəçiləri və mətbuat nümayəndələri ilə görüşürlər. Topladıqları məlumatları illik hesabatlarına daxil edirlər. Azərbaycan Avropa Şurasına daxil olandan belə səfərlər çox olub, bundan sonra da olacaq. İndi əsas olan bu səfərin nə ilə nəticələnəcəyi barədədir. Bu suala cavab vermək üçün səbirsizliklə may ayını gözləməliyik. Biz də gələn ay əfv və amnistiyanı gözləyirik. Sızan məlumatlara əsasən, bu olmalıdır. Mənə elə gəlir ki, Azərbaycan böyük bir bayram astanasında olduğu üçün əfv və amnistiya çox yerinə düşmüş olardı. Hər halda Cümhuriyyətin yüz illiyi hər zaman olmur. Humanistliyi özündə birləşdirən bayramda bu qərarların olması çox sevindirici olardı. Ümid edirəm ki, bunlar baş verdikdə Əfv Komissiyasına göndərdiyimiz siyahı, eləcə də, prezidentə çoxsaylı şəxslərin imzaları ilə ünvanladığımız məktubdakı xahişimiz nəzərə alınacaq.

Siyahımızda olan şəxslərin böyük qisminin azad ediləcəyinə inanırıq. Bu həmməruzəçilərin iyun səfərinə hökmən təsirini göstərəcək. Bizə məhbuslar tərəfindən hazırda da ərizələr gəlməkdədir. İşçi Qrupu tam tərkibdə toplana bilməsə belə, ora daxil olan hüquq müdafiəçiləri hər həftə toplaşırlar. Şikayətlərə baxaraq, lazımı instansiyalara məktublarımızı göndəririk. Amma söhbət hazırlanan müxtəlif siyahılardan gedirsə, deyə bilərəm ki, bizim siyahı daha yığcamdır. Bu baxımdan siyahımızın nəzərə alınacağına ümid edirik. Bu mütləq olmalıdır, bundan o yana heç nə qalmayıb. Siyasi məhbus problemi Azərbaycan üçün birdəfəlik qapanmalıdır. Bundan sonra həmməruzəçilər Azərbaycana gələndə onların əsas məqsəd qayəsi Qarabağ olmalıdır, siyasi məhbus problemi yox. Çiynimizdə on illərlə daşıdığımız yükdən azad olmalıyıq. Bunun üçün beynəlxalq təşkilatların yardımı çox vacibdir”.



Xəbərin oxunma sayı : 886




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap