Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Manatın devalvasiyasından kim qazanıb? – Hökuməti ifşa edən rəqəmlər

Tarix 04.01.18, 18:48

Font ölçüsü : - / +
bitmap-img6


“Hazırda dünya bazarında Azərbaycan neftinin 1 bareli 70 dollara və ya 119 manata satılır. Ölkədə büdcə gəlirləri və xərclərinin uçotu manatla aparılır, daxildə bütün hesablaşmalar, o sıradan da əmək haqqı və pensiyalar da manatla ödənilir. İndi özünüz nəticə çıxarın: manatın kəskin devalvasiyasından kimlər bəhrələnir. Əlbəttə də ki, ilk növbədə gəlirləri və sərvətləri ədalətsiz bölüşdürən mövcud hakimiyyət”.

AzFakt.com-un məlumatına görə, bunları iqtisadçı Qubad İbadoğlu “Facebook”dakı yeni statusunda yazıb. Ekspert müqayisəni davam etdirərək daha sonra yazır:

“2-3 il əvvəl neftin 1 barelini 110 dollara satıb 86 manat qazananlar, indi onu 70 dollara satıb 119 manat qazanırlar. Devalvasiyaya minnətdar olmaqla, yenə də bu əməliyyatdan faydalanan onlar, itirən isə qiymətlərin bahalaşmasından, gəlirlərinin (əgər varsa) dəyərsizləşməsindən, kredit borclarının şişməsindən, iş yerlərinin bağlanmasından əziyyət çəkən sadə və dözümlü Azərbaycan xalqıdır”.

Q.İbadoğlu hətta hökumətin 3-cü devalvasiyaya gedə biləcəyini də istisna etməyib:
“Hələ bütün bunlar azmış kimi, hazırkı hakimiyyət 2018-ci ildən zavallı xalqı cərimələri, dəbbə pullarını, rüsumları və aksiz vergilərini artırmaqla, daha çox yükləməyə başlayıb. Ona görə də düz deyirlər ki, iqtisadi artım dövründən faydalananlar, böhrandan da bəhrələnirlər. Qorx ki, manatın devalvasiyasından bəhrələnənlərin iştahı bir az da arta, onda onlar hətta üçüncü devalvasiyaya da gedib, 1 barel neft satışından qazanclarını 150 manatadək artıra bilərlər. Allah bizi o gündən qorusun! Görünür ki, bu lənətə gəlmiş neft tükənməsə və ya ucuzlaşmasa ölkədə nə dayanıqlı iqtisadiyyat olacaq, nə də islahat”.



Xəbərin oxunma sayı : 718




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap