Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Maaşlarla bağlı vacib qərar: artım bu şəxslərə aid olacaq - SİYAHI

Tarix 08.04.26, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisdə Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirələrə səbəb olub. Belə ki, yeni qaydalara əsasən, eyni və ya bərabər dəyərli iş görən işçilərə cinsindən asılı olmayaraq bərabər əməkhaqqı verilməsi işəgötürənlər üçün öhdəlik kimi müəyyənləşdirilir. Dəyişikliklərin məqsədi qadınlarla kişilər arasında mövcud maaş fərqini azaltmaqdır. Gözlənilir ki, bu addımlar nəticəsində bəzi sahələrdə qadınların əməkhaqlarında artım müşahidə olunacaq.

Bu, hansı peşələrdə çalışan qadınlara şamil oluna bilər?

AzFakt.com xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, ekspert Akif Nəsirli deyib ki, bu dəyişikliklər Əmək Məcəlləsində bərabər əməkhaqqı prinsipinin tətbiqi ilə bağlıdır:

“Yeni qayda cinsiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlib. Qanun layihəsinə əsasən, bu prinsip bütün peşə və fəaliyyət sahələrinə – dövlət və özəl sektorda çalışan müəllimlərə, həkimlərə, dövlət qulluqçularına, ofis əməkdaşlarına şamil olunur. Eyni zamanda, istehsal və xidmət sahələrində çalışan fabrik, zavod işçiləri, market, restoran əməkdaşları, bank və maliyyə sektoru nümayəndələri də bu sırada yer alır”.

Ekspert bildirib ki, texniki, idarəedici vəzifələrdə çalışan mühəndislər, proqramçılar, menecerlər və layihə rəhbərləri də sözügedən hüquqdan yararlanır:

“Həmçinin, ənənəvi olaraq “kişi işləri” hesab edilən tikinti, nəqliyyat və təhlükəsizlik sahələrində fəaliyyət göstərən qadınlar da bu prinsiplə əhatə olunur. Qanun cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli iş görən hər kəsə tətbiq olunacaq. Bütün sahələr üzrə əməkhaqqı bərabərliyinin təmin edilməsinə xidmət edəcək”.



Xəbərin oxunma sayı : 1060




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap