Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Londondakı səfirliyimizə hücum edənlər kimlərdir? - FAKTLAR

Tarix 05.08.22, 8:20

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Londondakı səfirliyinə hücum edən “Mehdi Xidmətçiləri Birliyi” (The Mahdi Servants Union, əvvəlki adı Khoddam Al-Mahdi Organization) barədə maraqlı məlumatlar üzə çıxıb.

Şiə təriqətli dini qrupa küveytli din xadimi Yasir Əl-Həbib tərəfindən rəhbərlik edildiyi məlum olub.

Qrupun lideri “radikal sağçı” hesab edilir. O, İran İslam Respublikası hökumətinə qarşı çıxır və İranın Ali Rəhbəri Əli Xamneyinin dini nüfuzunu şübhə altına alır.

“Fədək” adlı peyk telekanalının məhz Mehdi Xidmətçilərinə məxsus olduğu bildirilir.

Təşkilatın sələfi olan “Khoddam Al-Mahdi Organization” (KMO) 23 fevral 2010-cu ildə təsis edilib və daha sonra 21 iyul 2010-cu ildə İngiltərə və Uels Xeyriyyə Komissiyası tərəfindən xeyriyyə təşkilatı kimi qeydiyyata alınıb. Təşkilata Britaniya vətəndaşları olan dörd nəfər - Adel Salah, Əli Şuber, Məhəmməd Salah və Yaser Fovjyan rəhbərlik edib. Xeyriyyə cəmiyyəti 2012-ci il aprelin 10-da rəsmi olaraq ləğv edilib, lakin sonradan xeyriyyəçilik adı ilə ianə toplamağa və əmlak almağa davam edib.

2013-cü ildə təşkilat keçmiş kilsənin ərazisini 1,2 milyon funt-sterlinqə satın alaraq Bukinhemşir vilayətinin Fulmer şəhərində “Əl-Muhasin” məscidi yaradıb.

Qeyd edək ki, 2018-ci il martın 10-da təşkilatın üzvləri Hüseyn əş-Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını qrupun bayrağı ilə əvəzləyib və polis tərəfindən həbs ediliblər.

İranın teokratik rejimi bu radikal qruplaşmanı istehza ilə ``London şiələri`` adlandırır. Qrup sünni təriqətinin əleyhdarıdır, öz peyk kanalı vasitəsilə bu cür təbliğat aparır və həmçinin xəlifə Ömərə, xəlifə Əbubəkrə və Peyğəmbərin xanımı  Aişəyə qarşı səviyyəsiz fikirlərlə çıxış edən dinsizlərə dəstək verir.

Onu da qeyd edək ki, qrup "Fədak" adlı peyk televiziyasını idarə edir.

Bu, radikal qrupun ilk belə həmləsi deyil.

2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn Əl Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər. Bildirək ki, Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılıb.

Qruplaşmann fərari rəhbəri Əl-Həbibi də Qərbin agenti sayılır. O da Vatikandan idarə olunan və din adamı pərdəsinə bürünən dinsiz şarlatanlar  kimi  İslam peyğəmbərinin əshabələri olan Əbubəkr və Ömərə qarşı kəskin tənqidi görüşlər irəli sürür. Şeyxin bu tənqidi fikirləri Küveydə sünni məshəbinə etiqad edənlərdə kəskin hiddət doğurub və onun həbsinə səbəb olub.

2004-cü ildə illik əfvetmə kampaniyasında Küveyt əmiri tərəfindən əfv edilərək azadlığa buraxılan əl-Həbibini bir neçə gündən sonra yenidən həbs etmək istəyiblər, ancaq o, qiyabi olaraq 10 illik həbsə məhkum edilməzdən az öncə Küveytdən qaçıb, bir neçə ay İraqda və İranda gizlənib, daha sonra Birləşmiş Krallığa yerləşib və hazırda da orada yaşayır.

Belə bir qruplaşmanın Azərbaycan səfirliyindən nə istəməsi və oranı nəyə görə işğal etməsi aydın deyil. 



Xəbərin oxunma sayı : 766




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap