Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Londonda deputat Cavanşir Feyziyevin milyonları müsadirə edildi - Məhkəmə qərarı

Tarix 31.01.22, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Britaniyanın maliyyə müstəntiqləri deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Böyük Britaniyadakı bank hesablarında olan 5,6 milyon funt sterlinqin müsadirə edilməsi üçün order əldə ediblər. Bu barədə Britaniyayın Milli Cinayət Agentliyi məlumat yayıb. 

Geniş araşdırmadan sonra onun həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan və qardaşı oğlu Elmanın hesablarının dondurulması ilə bağlı 6 göstəriş verilib.

Qeyd olunur ki, Feyziyevlər çirkli pullarının “yuyulmasında” Estoniya və Latviyada saxta şirkətlərdən istifadə edirdi. Bu köçürmələrin bəziləri qanuni və çox böyük biznes əməliyyatlarını sübut edən sənədlər, o cümlədən hesab-fakturalar və müqavilələrlə müşayiət olunurdu.

Vestminster Magistrat Məhkəməsində üç həftə ərzində keçirilən dinləmələrdən sonra, Dairə Hakimi Con Zani sənədlərin tamamilə saxta olduğuna və onların çirkli pulların yuyulması fəaliyyətlərini ört-basdır etmək üçün istifadə olunmasına dair “çoxlu sübutların olduğu” qənaətinə gəlib.

Hakim öz qərarında bildirib ki, təqdim edilmiş sübutları diqqətlə araşdıraraq, o, çirkli pulların yuyulması üzrə iri sxeminin mövcud olduğuna tam əmin olub.

Açıklama yok.

Nəticədə bank hesablarından ilkin olaraq dondurulmuş 15,3 milyon funt sterlinqdən təxminən 5,6 milyon funt sterlinq (7 milyon dollardan çox) müsadirə edilib.

“Bu, yuyulmuş pulların əhəmiyyətli dərəcədə müsadirəsidir və uğurumuz bu sxemlərdən istifadə edən hər kəs üçün riski vurğulayır. Biz ilkin cinayət fəaliyyətinin dəqiq mahiyyətini sübut etmədən həmin milyonları geri ala bildik. Böyük Britaniyaya qeyri-qanuni daxil olan pullarla mübarizə aparmaq üçün mülki səlahiyyətlərdən istifadə etməyə davam edəcəyik”, - Milli Cinayət Agentliyinin (NCA) mülki bərpa şöbəsinin rəhbəri Endi Lyuis bildirib.













Xəbərin oxunma sayı : 1285




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap