Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kriptovalyuta adı ilə insanlar necə aldadılır? - AÇIQLAMA

Tarix 25.01.23, 18:36

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar sosial şəbəkə səhifələrində kriptovalyuta alqı-satqısı adı ilə insanları aldadırlar. 

Belə səhifələrdən biri də “Telegram” sosial şəbəkəsində “Mehmed Crypto” adı ilə açılıb və insanlara qarşı fırıldaqçılıq edilib. 

Səhifəni idarə edən şəxs (və ya şəxslər) vətəndaşlara pul qismində yatırım etdikləri halda daha çox vəsait qazanacağı vədini verib. Daha sonra vətəndaşlara saxta hesabat təqdim edilib və 1767 dollar pul qazandıqları qeyd olunub. 

Vətəndaş pulu istəyən zaman vəsaiti almağın qarşılığında: “Mübadilə sığorta komissiyası” ödənildikdən sonra məbləğin təqdim ediləcəyi bildirilib.

Nəticədə insanlar həmin şəxsə 500 manat göndərərək aldadılıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək insanları aldadan səhifələrə rast gəlinir:

“Naməlum şəxslər sosial şəbəkələrdə elanlar yerləşdirərək, pul qismində yatırım edəcəkləri halda beynəlxalq maliyyə birjalarında ticarət əməliyyatları və kriptovalyuta alqı-satqısı həyata keçirmək yolu ilə külli miqdarda maddi vəsait qazanacaqları adı altında vətəndaşları aldatmağa cəhd göstərirlər. 

Həmin şəxslər bu iş vasitəsi ilə külli miqdarda qazanc əldə etməyin mümkünlüyü barədə görüntü yaratmaq məqsədi ilə səhifələrdə müxtəlif şirnikləndirici videolar da yerləşdirirlər. Onlar müraciət edən şəxslərin etibarını qazanmaq üçün lüks həyat yaşadıqlarına dair yalançı görüntü belə yaradırlar. Çox təəssüf ki, bu səhifələrin toruna düşən şəxslərə hələ də rast gəlinir.

Vətəndaşları, sosial şəbəkə istifadəçilərini bu cür səhifələrin toruna düşməməyə, həmin səhifələrin hesablarına pul köçürməməyə çağırırıq. Bu cür hallarla rastlaşan şəxslər isə polis əməkdaşlarına müraciət edə bilərlər”.

“Həmin səhifələri işlədən adminlərin şəxsiyyətlərinin müəyyən edilməsi və onların saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir. Bu əməliyyatların nəticələri barədə ictimaiyyətə daim məlumatlar verilir”, - deyə A.Qafarov əlavə edib.




Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap