Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Tarix 25.11.22, 8:42

Font ölçüsü : - / +
bitmap-img6


Hər bir azərbaycanlının qəlbində 30 illik Qarabağ həsrəti, acısı sağalmaz yara kimi iz qoymuşdur. Ali Baş Komandanın düzgün siyasəti və Müzəffər Ordumuzun peşəkarlığı, fədakarlığı sayəsində həmin problem həllini tapmışdır. 

2020-ci ildə Vətən müharibəsi nəticəsində işğala son qoyulmuş və Azərbaycan Ordusunun gücü qarşısında dayana bilməyən Ermənistan höküməti
məğlubiyyətini etiraf etməyə məcbur qalmışdır. 27 sentyabrdan “Dəmir yumruq” əməliyyatı adı ilə başlayan Vətən müharibəsi 10 noyabrda üçtərəfli bəyanatın imzalanması ilə dayandırıldı. Bu bəyanatda Ermənistan höküməti məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atdı və Ağdam, Laçın,
Kəlbəcər rayonlarını qan tökülmədən, döyüşsüz Azərbaycana qaytardı.
Bugünkü Zəfərimizin möhtəşəmliyini, yaşatdığı məğrurluğu göstərmək üçün 27 il əvvələ boylanaraq ölkəmizin yaşadığı çətin anları xatırlayaq. Siyasi səriştəsizlik nəticəsində alınmaz qala sayılan Şuşamız ermənilərin nəzarətinə keçməsi Kəlbəcər rayonunun sakinlərinə təhlükəni artırdı.

Əhalinin və müdafiə dəstələrinin mübarizəsinə baxmayaraq, çətin relyefə malik Kəlbəcər rayonu 1993- cü il aprelin 2-də işğal edildi. Ermənistan Qarabağ münaqişəsində yalnız azərbaycanlıları dədə-baba torpaqlarından didərgin salması ilə deyil, dağıdıcılığı, vəhşiliyilə diqqət çəkir. Xocalı soyqırımı
ermənilərin nə qədər insanlığa sığmayan vəhşi xislətə sahib olduqlarını hər kəsə göstərdi. Ölkə idarəetməsində səriştəsizlik mülki əhalini uşağa, qadına, qocaya belə rəhm etməyən düşmənlə üz-üzə qoymuşdu. Şahidlərin söhbətlərindən ölümü əsir düşməkdən üstün tutan neçə-neçə həyatlara faciə ilə son qoyulduğu aydın olur. Bu gün həmin acı günlərin şahidi kəlbəcərlinin danışdıqları əhvalatlar, insanların ümidsizliyi və çarəsizliyi dəhşətli yaşananlardan xəbər verir.   

Kəlbəcər gözəl təbiətə, maddi və mədəni sərvətə, tarixi abidələrə malik rayondur. Rayon su ehtiyatı və meşələrilə zəngindir. Bu füsünkar məkan azərbaycanlıların əsrlərlə yaşadığı dədə-baba yurdudur. Erməni işğalçılıq siyasətinin istiqamətlərindən biri məskunlaşmadır. Sanki bununla həmin ərazilərin özlərinin olmalarını dünyaya göstərəcəklər. Onlar Kəlbəcərə müxtəlif yerlərdən erməniləri köçürmüşdülər. Üçtərəfli müqavilənin şərtinə əsasən, Kəlbəcər 15 noyabrda qaytarılmalı idi. Lakin azərbaycanlıların evində qanunsuz şəkildə məskunlaşmış ermənilərin köçürülməsi üçün Azərbaycan tərəfdən əlavə on gün vaxt istənildi. Hər zaman olduğu üçün Azərbaycan yenə də dözümlülük nümayiş etdirərək razılaşdı. Bu səbəbdən də, Kəlbəcər 25 noyabrda Azərbaycana təhvil verildi. Əvvəl ermənilər dünya mətbuatı qarşısında utanmadan buranın 20-25 illik “sakinlikləri” olduqlarını əsas tutaraq tərk etmək istimədiklərini bildirdilər. Halbuki, 1993-cü ildə azərbaycanlılara heç
bir mərhəmət göstərmədən dədə-baba yurdlarından, evlərindən didərgin salmışdılar, vəhşicəsinə qətlə yetirmişdilər.  Bu göz yaşlarının işə yaramadığını görərək əsl xislətlərini ortaya qordular. Onlar Kəlbəcərdən köçərkən sökə bildikləri materialları və heyvanları özlərilə apardılar, apara bilmədikləri
heyvanları öldürdülər, azərbaycanlıların tikdikləri evləri özlərinin olduğunu “əsas gətirərək” yandırdılar. Hətta meşələrdə ağacları ya kəsib apardılar, yada yandıraraq ekoloji ziyan vurdular. Dünya mətbuatının gözü qarşısında baş verən bu hadisələr bir daha erməni mənfurluğunu, nümayiş etdirdi. 30 il ərzində Azərbaycan tərəfi bütün haqsızlığa səbirlə dözdü. Qarabağ münaqişəsi siyasi masada deyil, hərb yolu ilə həllini tapdı. 

Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev Qələbə xəbərini xalqa verərkən qeyd etmişdir: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”

Afiq Ağayev



Xəbərin oxunma sayı : 382




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap