“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Kanndakı çıxışı mübahisə yaratdı - Türk məşhurlar arasında gərginlik

Tarix 30.05.23, 19:05

Font ölçüsü : - / +
bitmap-img6


Qadınlar uğurludur və olmağa da davam edəcəklər. Alqışlamağı öyrənəcəksiniz...

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Merve Dizdar Kann Film Festivalında Nuri Bilge Ceylanın “Kuru otlar üstüne” filmindəki obrazına görə “Ən yaxşı aktrisa” adına layiq görülüb.

Axşam.az xəbər verir ki, aktrisanın çıxışı zamanı səsləndirdiyi fikirlər isə birmənalı qarşılanmayıb. Onun çıxışını tənqid edənlər arasında həmkarları da yer alıb.

Aktyor Tamer Karadağlı Merveni təbrik etsə də, Fransanın Əlcəzairdə törətdiklərini misal gətirərək nitqinin oradakı qız uşaqları üçün də keçərli olub-olmadığını sual edib:

"Ölkənin imkanları ilə edilən bir layihədən mükafat qazanıb sonra da ilk fürsətdə onu pisləmək mənə doğru gəlmir".

Tamerin əksinə aktrisa Demet Özdemir isə Merveyə dəstək olub:

"Qadınların uğur qazanmasını həzm edə bilmirsiniz. Amma sizə pis xəbərim var. Qadınlar uğurludur və olmağa da davam edəcəklər. Alqışlamağı öyrənəcəksiniz".

Qeyd edək ki, Merve çıxışı zamanı "Özünə layiq görülənlərə boyun əyməyən, bunun üçün mübarizə aparan və ümidini itirməyən bütün qadınlar və Türkiyədə gözəl günləri yaşamağı gözləyən mübarizə aparan ruhlara ərmağan edirəm" deyə, bildirib.

Onu da qeyd edək ki, Tamer daha əvvəl aktrisa Nihal Yalçının Altın Portağal Film Festivalındakı çıxışı zamanı bir neçə dəfə saatına baxıb, müxtəlif mimik hərəkətlər edərək, sözlərini bitirmədən mükafatı ona uzatmışdı.



Xəbərin oxunma sayı : 811




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap