Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

iPhone-da yeni dövr: SİM karta əlvida!

Tarix 08.09.22, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


BD əsaslı texnologiya nəhəngi Apple çoxdan gözlənilən yeni iPhone seriyasını təqdim edib. Şirkət yeni iPhone-larla ABŞ-da yeni dövrə başlayıb.

Qaynarinfo Hurriyet.com.tr-yə istinadla xəbər verir ki, təqdimatla iPhone 14-ün xüsusiyyətləri rəsmi status almış olub.

Şirkətin açıqlamasına görə, iPhone 14 və iPhone 14 Plus ABŞ-da SİM kart yuvası olmadan satılacaq.

Sentyabrın 9-da əvvəlcədən sifariş veriləcək iPhone 14 və 14 Plus, fiziki SİM kart əvəzinə eSIM ilə rəflərdə yerini alacaq.
eSIM ilə nə dəyişəcək?

eSIM sayəsində istifadəçilər operatorları dəyişmək üçün mağazalara getməyə məcbur olmayacaqlar. Bu dəyişiklik telefonla edilə biləcək.
iOS 16 ilə siz hətta eSIM-inizi Bluetooth vasitəsilə iPhone-lar arasında köçürə biləcəksiniz.

Kibertəhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, eSIM-lər həmçinin operatorlara və ya cihaz istehsalçılarına boşluqlar aşkar edildikdə proqram yeniləmələrini buraxmağa imkan verir.

eSIM proqram təminatı şirkəti Amdocs-un texnologiya qrupunun başçısı və strategiya rəhbəri Antoni Goonetilleke yeni dövr üçün aşağıdakı qiymətləndirməni dilə gətirib:

"Əgər problem yaranarsa, birdən bütün dünyada milyonlarla insana təhlükəsizlik yenilənməsi göndərə biləcəksiniz".

Lakin bu yenilik bəzi istifadəçiləri sevindirməyib. Bəzi Twitter istifadəçilərinin qeyd etdiyi kimi, xaricə səyahət edən iPhone istifadəçiləri üçün işlər bir az daha çətinləşib.

Yeni modeldən istifadə edən ABŞ istifadəçiləri ölkədən kənara səyahət etdikdə, rouminq ödənişlərindən qaçmaq üçün həmin ölkədə SİM kart ala bilməyəcəklər.

Xaricdə iPhone istifadə etməyə davam etməyin ən asan və nisbətən ucuz yolu olaraq görülən bu üsul Apple-ın eSIM qərarı ilə tarixə qovuşmuş olub.



Xəbərin oxunma sayı : 817




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap