Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Həkim yaydığı videoya görə işdən çıxarıldı – Prezidentə müraciət – VİDEO

Tarix 18.01.18, 4:17

Font ölçüsü : - / +
bitmap-img6


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi ona baha başa gəlib.

Xatırladaq ki, o, iclasda direktora "Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm"  deyərək, ona etiraz etmişdi. Bu hadisəni əks etdirən video sosial şəbəkələrdə və bir çox saytlarda yayılaraq, böyük müzakirələrə səbəb olub. 

AzFakt.com unikal.org-a istinadən xəbər verir ki, direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən uzaqlaşdırılıb.

S.Məmmədova bildirib ki, institutun direktoru ona qarşı çıxan bütün həkimləri əsassız olaraq müəssisədən uzaqlaşdırır: "Əlimdə faktlarım var, haqqımı tapdadılar. Həqiqət Qədirova bütün həkimləri çıxarıb əvəzinə pul müqabilində öz adamlarını instituta işə qəbul edir. Mən tibb elmləri namizədiyəm. 20 il şöbə müdiri vəzifəsində çalışmışam. Əvvəlcə şöbə müdirliyindən, sonra isə həkimlikdən uzaqlaşdırıldım. Onu məhkəməyə verəcəm. Təkcə mən yox, bütün həkimlər ayağa qalxıb. Etiraz edən bütün həkimləri işdən kənarlaşdırır”.

Qeyd edək ki, S. Məmmədova işdən çıxrarılması ilə bağlı Prezident İlham Əliyevə videomüraciət ünvanlayıb.

Onu da qeyd edək ki, Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə ötən ilin mart ayında təyin olub.









Xəbərin oxunma sayı : 2446




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap