Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

General Zolotov müxalifətçi Navalnının qabağından qaçdı: “Mən onu ayrı döyüşə dəvət etmişdim”

Tarix 19.10.18, 23:24

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Rusiyada gündəmin əsas mövzusu həbsxanadan çıxan rusiyalı müxalifətçi Aleksey Navalnının Ruisya milli qvardiyasının komandanı, general-polkovnik Viktor Zolotova videomüraciəti olub.

A.Navalnı həmin videomüraciətdə general Zolotovun təxminən 2 ay bundan qabaq onun haqqında söylədiklərinə cavab verib.

Xatırladaq ki, Viktor Zolotov Aleksey Navalnını onu haqqında böhtan yaymaqda və qəsdən yalan məlumatlar verməkdə təqsirləndimişdi.

Zolotov üstəlik rusiyalı müxalifətçiyə olduqca qeyri-adi tərzdə haqq-hesab çürütməyi təklif etmişdi. Belə ki, rus general Putinin ən sərt tənqidçisini fiziki duelə çağıraraq ondan yağlı tikələr düzəldəcəyini bildirmişdi.

Navalnı bu günkü cavabında Zolotov haqqında əvvəl nə demişdisə hamısını, onun “oğru” olması, ailəsinə qeyri-qanuni olaraq milyardlarla pul qazandırması, maaşına uyğun olmadığı halda Moskva ətrafında özü və yaxınları üçün bahalı bağ evləri, Moskvanın mərkəzində elitar binalarda mənzillər almasını, milli qvardiya üçün bazar qiymətini qat-qat üstələyən qiymətlərlə ərzaq tədarük etdirməsini bir-bir təkrarlayıb.

Aleksey Navalnı Zolotovun duel təklifinə özünəməxsus orijinallıqla cavab verib. O, köhnə dövrlərdə duelə çağırılanın yer və silah seçimində birinci olduğunu xatırladaraq onu federal kanallardan birində teledebata dəvət edib.

Viktor Zolotov isə Navalnını idman yarışına çağırdığını söyləyərək debat təklifindən qaçıb. “Hələ işlə bağlı məhkəmə gedir. O bitdikdən sonra biz bu məsələyə qayıdacağıq”, - Zolotov jurnalistlərin israrlı suallarına cavab verib.

Musavat.com



Xəbərin oxunma sayı : 226




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap