Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gəncə hadisələrinin daha 8 iştirakçısı saxlanıldı

Tarix 14.07.18, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev dünən hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda çıxış edərək Gəncədə terror aktları və qarışıqlıqlar mövzusuna toxunmuşdu. Dövlət başçısı əminliyini ifadə etmişdi ki, bu cinayətlərdə günahı olanların hamısı aşkar ediləcək və cəzalandırılacaq. O, bununla əlaqədar hüquq-mühafizə orqanlarına tapşırıqlar vermişdi

Hüquq-mühafizə orqanlarından virtualaz.org-a məlum olub ki, Gəncədə iyulun 3-də baş vermiş terror aktında iştirakda ittiham edilən daha bir nəfər həbs olunub. Bu, 1966-cı il təvəllüdülü Akif Əliyevdir.

Gəncədə iyulun 10-da törədilmiş cinayətlərin daha iki aktiv iştirakçısı da həbs edilib. Həbs olunanlar Gəncə sakini Seymur Əliyev (1993) və Göranboy rayon sakini Elman Rüstəmovdur (1997).

Həmçinin mətbuatda bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info”nun vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb. Hüquq mühafizə orqanları tərəfindən bir daha bəyan edilir ki, həmin hadisələrlə əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər barəsində ən ciddi tədbirlərinin görülməsi təmin ediləcək.

Bundan başqa, Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhədini Qusar rayonu ərazisindən, 1 nəfər isə Azərbaycan-Gürcüstan sərhədinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar.










Xəbərin oxunma sayı : 211




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap