Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gələcəyin müəllimi Aytac Hüseynova: Müəllimin sirri bitməz....

Tarix 10.06.22, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin  Kimya müəllimliyi ixtisasının 4- cü kurs 1803K qrup tələbəsi Aytac Hüseynova Bakı şəhəri Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə STEAM əsaslı təlimi uğurla həyata keçirərək, layihənin nəticəsini məktəbə təqdim edib. Aytacın ve onun şagirdi 9- cu sinif şagirdi instruktor Kənan Salahovun  hazırladığı Azərbaycan bayrağı məktəbin "Şuşa dəhlizi"nin açılış merasimində nümayiş olunub. İstifadə olunan resurslar, natrium poliakrilat, rəngli boyalar, su, elektron resurslardan tingercard və 3Dprinter. "Azərbaycan" sözü 3 D printerdən çap olunmuşdur. 

İstedadlı tələbə, gələcəyin müəllimi Aytac Hüseynova ilə müsahibəni təqdim edirik.  

-Salam. Özünüzü təqdim edin 

- Huseynova Aytac,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin Kimya müəllimliyi ixtisasının 4 cu kurs tələbəsi. 

- 3 ay təcrübə dövründə oldunuz. Necə keçdi? Müəllim olmağın. Sirlərinə az da olsa yiyələndinizmi?

- Əlbəttə. Biz öz universitetimizin dəstəyi ilə müəllimimizin, pedaqoji təcrübə rəhbərinin, pedaqoq və psixoloqumuzun tövsiyələri ilə, məktəbin bizim üçün yaratdığı şəraitdən, məktəb müəlliminin hər an yanımızda olub bizə göstərdiyi diqqət və qaygidan yaralanmaga çalışdıq. Belə deyək yaxşı mənada inkişafımız naminə istifadə etdik. Müəllim peşəsinin əsas sirlərinə yiyələnmək ucun müəllimin keyfiyyət gostəricilərindən olan dövrün tələbinə uyğun praktik nəzəri biliklərimizdən, şagirdlərlə həssas ünsiyyətdən, iş bacarığından və s.yerinde istifadə etdik. 

- Standart dərs və qeyri- standart dərs. Bunu necə anladiniz və necə həyata keçirdiniz? 

-  Biz demək olar ki, öz dərslərimizi həmişə qeyri- standart həyata keçirirdik. Müəllimimiz deyirdi ki, dərs bizim özümüzə məxsusdur. Necə istəsən həyata keçir. Yetər ki, şagird aktiv olsun. Yetər ki, şagird sizi və fənni sevsin. Təbii ki, standart dərsin 7 mərhələsini bilirik. Lakin biz birmərhələli, 3 mərhələli ve ümumiyyətlə mərhələsiz dərslər qururduq. Bu tip dərslərə STEAM əsaslı, problem həlletmə əsaslı təlimlər aid idi. Məktəbdə STEAM tədris olunur. Düşündük ki, biz də yararlanaq və faydalı olaq. Həm məktəbdə Şuşa dəhlizi yaradılırdi. Çox gözəl bir məktəbdir. Direktor Könül Təhməzova sagirdyönümlü pedaqoqdur. Belə baxanda kiçik bir dövr amma mənim üçün böyük bir zaman dilimidir. Sözlərlə ifadə edilə bilməz bir zaman keçirdik.Başda metodistim Rumiyyə müəllim və  Şəfiqə müəllimə olmaqla və dəyərli praktika yoldaşlarımdan çox şey öyrəndim. Müəllimin sirri bitməz....Mən də o sirlərin bir çoxuna yiyələndim.Həqiqətən də yiyələndiyim ixtisasın qədrini mən təcrübə dövründə daha çox dərk etdim. 
Pedaqoji təcrübə dövrünün son təqdimati isə çox maraqlı oldu. Bilirik ki, müəllimlər şagirdlərə təkcə bilik öyrətmirlər. Fəaliyyətlə bağlı səristələrə sahibləndirməklə yanaşı, təhsilin əsas məqsədini prioritet tutaraq onlara dəyərlərimizi asilayirlar. Bu təqdimatımız da milli- mənəvi dəyəri əks etdirirdi. Şuşa ili ilə bağlı məktəbdə Şuşa dəhlizi üçün STEAM layihəyə başladıq. Şagirdim Salahov Kənanı instruktor kimi gördüyüm üçün təcrubə- təlim modelinin hazırlanmasında onu bu işə cəlb etdim. Əməyi keçən hər kəsə, sizə də diqqətinizə görə minnətdaram. Bir də, demək istəyirəm ki, nə yaxşı ki, mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi oldum. Başda hörmətli rektorum Professor Cəfər Cəfərov, Kimya və Biologiya  fakültəsinin dekanı dosent Elnarə Mehbaliyeva, Ümumi kimya və KTT kafedrasının müdiri dosent Rehyan Agayevaya və hər zaman yanımızda olan, bizim suallarımızı cavabsız qoymayan, novator, dəyərli müəllimim Ümumi kimya və KTT kafedrasının baş müəllimi Rumiyyə Camalovaya öz təşəkkürlərimi bildirirəm. 

- Uğurlar, Aytac. İnanırıq ki, sizin kimi gənclər peşəkar müəllim kimi Azərbaycanımızın çiçəklənməsinə daha da faydalı olacaqlar. Təşəkkür edirəm. 

- Təşəkkür edirəm. 

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 1252




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap