Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gözətçi iş adamının evini soydu: “Roberto Cavalli“dən üzük, “Nino“ saatı, “Luis Vitton“ qolbağı...

Tarix 17.02.23, 22:25

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu, Fatmayı kəndi, Aşıq Humay küçəsində villaların birindən 20 min manatdan çox dəyəri olan qızıl-zinət əşyaları oğurlanıb. 

Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Cavid adlı Ağsu rayon sakini gözətçi işlədiyi Vasif adlı iş adamının villasından oğurluq edib. Cinayətin üstün iş adamının həyat yoldaşı Səbinənin Türkiyədə müalicə alıb Bakıya qayıtmasından sonra açılıb. 

Belə ki, Səbinə Türkiyəyə müalicəyə gedib. Vasif havalar soyuq olduğu üçün qaynı ilə birlikdə şəhərdəki evində yaşayıb. Cavid evdən qızıl-zinət əşyalarını oğurlayıb satmaqla borclarını ödəmək qərarına gəlib.

O, evin ikinci mərtəbəsində yerləşən dolabdan brilliant qaşları olan 2000 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, üzərində brilliant qaşları olan 1500 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, 4000 manat dəyərində bir ədəd qızıl üzük, bir ədəd qolbaq, bir cüt sırğa, bir ədəd klondan ibarət dəst, 2000 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, bir ədəd 1500 manat dəyərində üzərində brilliant qaşları olan "Nino” markalı qadın qızıl saatı, bir ədəd 1500 manat dəyərində üzərində 3 ədəd böyük və çoxsaylı səpmə brilliant qaşları olan qızıl qadın üzüyü, bir ədəd 1000 manat dəyərində üzərində brilliant qaşları olan qızıl kişi üzüyü, bir ədəd 1500 manat dəyərində qızıl qolbaq, bir ədəd 100 manat dəyərində ürək şəklində qızıl lclon, 600 manat dəyərində kəpənək şəklində bir cüt qızıl sırğa və bir ədəd klondan ibarət dəst, bir ədəd 500 manat dəyərində çanta şəklində qızıl lclon, 200 manat dəyərində üzərində brilliant qaşları olan uşaq üçün bir cüt qızıl sırğa, 400 manat dəyərində "Roberto Cavalli” markalı uşaq üçün bir ədəd qızıl üzük və bir ədəd klondan ibarət dəst, 400 manat dəyərində manat dəyərində iki ədəd qızıl qolbaq, 300 manat dəyərində uşaq üçün bir ədəd şəklində qızıl üzük, 1000 manat dəyərində qara rəngli kəpənək şəklində bir ədəd qızıl sırğadan ibarət dəst, bir ədəd 200 manat dəyərində üzərində açar klon olan qızıl boyu 300 manat dəyərində üzərində qadın şəkli olan qızıl klon, 400 manat dəyərində "Luis Vitton” markalı bir ədəd qızıl qolbaq və bir cüt sırğadan ibarət dəst qızılları oğurlayıb.

Həmin şəxs ev sahibinə ümumilikdə 20 min manatdan çox ziyan vurub. 

Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinən Cavidə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası kəsilib.



Xəbərin oxunma sayı : 439




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap