Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Göygöldə səyahət-yol nişanları sistemi yaradılıb- Rəsmi

Tarix 18.07.18, 15:21

Font ölçüsü : - / +
bitmap-img6


Göygöl rayonunda Turistik Məlumat İdarəetmə Sistemi yaradılıb.

Trend-in məlumatına görə, sistemin açılış mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Rafiq Bayramov Göygöldə səyahət-yol nişanları sistemimin yaradılması istiqamətində göstərdikləri xoşməramlı fəaliyyətə görə Almaniyanın Azərbaycandakı səfirliyinə öz minnətdarlığını bildirib.

Nazir müavini Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli sərəncamını xatırladıb. Qeyd edib ki, sərəncamın icrası ilə əlaqədar çoxsaylı tədbirlər gerçəkləşib. O cümlədən Göygöl şəhərində alman icmasının sonuncu nümayəndəsi olmuş Viktor Klayının yaşadığı evdə muzey təşkil edilib, muzeyin sahəsi genişləndirilib, bərpa və konservasiya işləri həyata keçirilib. Eyni zamanda Forerlərin yaşadığı evdə Göygöl Tarix-Diyarşünaslıq muzeyi təşkil olunub, bərpa-konservasiya və tərtibat işləri görülüb.

Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Azərbaycanda alman mədəni irsinə göstərilən diqqət və qayğıdan danışıb. Turistik Məlumat İdarəetmə Sisteminin açılışının əhəmiyyətindən danışan səfir bildirib ki, iki ölkə arasında, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də möhkəm əlaqələr var. Bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində görülən işlərin davam etdiriləcəyi vurğulanıb.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap