Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Günün transfer xəbərləri: Toreyra İstanbula, Kukurelya Londona yollanır

Tarix 05.08.22, 20:31

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Canluka Di Martsiodan xəbərlər:

"Massimiliano Alleqri "Ayntraxt"ın futbolçusu Filip Kostiçi "Yuventus"da görmək istəyir. Turinlilər bu yarımmüdafiəçi uğrunda "Vest Hem" ilə çətin rəqabət aparmalıdır".

"Yuventus" Dris Mertensə 2 illik müqavilə təklif edib".

"Torino" Nikola Vlasiçi transfer etmək istəyir. "Vest Hem" xorvat futbolçunu icarəyə verməyə hazırdır". 

"Napoli" və "Çelsi" Kepa Arrisabalaqanın icarəsi ilə bağlı danışıqlar aparır".

"Napoli" PSJ-nin qapıçısı Keylor Navasla maraqlanır".

Frank Kessye "Barselona"ya, Renatu Sanşeş isə PSJ-yə getdikdən sonra "Milan" yarımmüdafiəçi axtarışlarını davam etdirir. İtaliya təmsilçisi Rafael Onedika ("Midtyulland"), İbrahima Sissoko ("Strasburq"), Yan Onana ("Bordo") və Adrien Tamezlə ("Hellas Verona") maraqlanır.

"Nottingem Forest"in Remo Frauler üçün təklifi "Atalanta"nı qane etməyib. Tərəflər danışıqları davam etdirir".

Fabritsio Romanodan xəbərlər:

"Çelsi" və "Brayton" Mark Kukurelyanı 55 milyon funt sterlinqə transfer edilməsinə razılaşıb. Müdafiəçi artıq tibbi müayinədən keçib".

"Haddersfild"in futbolçusu Levi Koluill 2022/23-cü illər mövsümünün sonuna kimi icarə əsasında "Brayton"da oynayacaq".

Baş tutmuş transfer xəbərləri: 

21 yaşlı Lorentso Lukka "Pisa"dan "Ayaks"a keçib. O, 2022/23-cü illər mövsümünün sonuna qədər icarə əsasında Amsterdam klubunda çıxış edəcək.

25 yaşlı Manuel Benson 2,5 milyon avroya "Antverpen"dən "Börnli"yə keçib.

24 yaşlı Ademola Lukman 12 milyon avroya  "Layptsiq"dən "Atalanta"ya keçib.



Xəbərin oxunma sayı : 622




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap