Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Günün transfer xəbərləri: Ten Haqın yeni hədəfi

Tarix 06.01.23, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Rəsmi: "Çelsi" "Monako"nun müdafiəçisi Benua Badiaşileni heyətinə qatıb. London klubu fransalı futbolçu ilə 7,5 illik müqavilə imzalayıb. "Zadəganlar" 21 yaşlı oyunçu üçün 38 milyon avro ödəyib. 

"Football Daily" qeyd edir ki, cari mövsümdə "Çelsi" rəhbərliyi müdafiə xəttinə 230 milyon avrodan çox məbləğ xərcləyib. Yayda 38 milyona "Napoli"dən Kalidu Kulibali, 85 milyona "Lester"dən Uesli Fofan, 71 milyona isə "Brayton"dan Mark Kukurelya transfer edilib. 

"Daily Star": "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq sabiq klubu "Ayaks"ın futbolçusuna göz dikib. Hədəf qanalı yarımmüdafiəçi Mohammed Kudusdur. Ten Haq millinin heyətində DÇ-2022-də parlaq çıxış edən 22 yaşlı oyunçunu bu qış transfer etməyi planlaşdırır. 

"Ayaks" 2020-ci ildə "Nordşellan"dan 10 milyon avroya aldığı Kudusu 40 milyona satmaq niyyətindədir. 

Braziliyalı jurnalist Vene Kasaqrande: "Çelsi" "Vasko da Qama"nın yarımmüdafiəçisi Andrea Santosu heyətinə cəlb edir. Klub tezliklə futbolçunun keçidini rəsmən elan edəcək. 

"Caught Offside": "Barselona" Ferran Torreslə bağlı sən qərarını verib. Daha öncə onun "Arsenal"a keçəcəyi gözlənilsə də, tərəflər arasında heç bir danışıq olmayıb. Kataloniya təmsilçisi də futbolçunu bu qış buraxmaq niyyətində deyil. Onun başqa klubu keçidi məsələsi yayda müzakirə olunacaq. 



Xəbərin oxunma sayı : 343




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap