Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Günün transfer xəbərləri: Qaret Beyli “Real“ın əzəli rəqibi istəyir

Tarix 25.04.22, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Donnarumma "Sky İtalia"ya: "PSJ-də qalmaq istəyirəm, çünki burada qalib gəlmək istəyirəm. Keylor Navasla əla münasibətim var, amma mən əsas qapıçı olmaq üçün buradayam. Hər şey dəyişməlidir. Bu, Keylorun da dediyi kimi, qapıçı üçün asan vəziyyət deyil”.

Quardiola "Arsenal"a maraqlı olan Qabriel Jezus barədə: “Mən Qabriel Jezus üçün çox şadam. Demək istəyirəm ki, Qabriel bizim futbolçudur. Bundan sonra nə olacağını bilmirəm, amma hazırda Jezus "Mançester Siti"nin oyunçusudur".

Tomas Tuxel Antonio Rüdigerin gedişi haqqında: “Vəziyyət elədir ki, o, getmək istəyir. Bu barədə mənə şəxsi söhbət zamanı danışıb".

"Le Parisien" nəşri: "Tottenhem"in baş məşqçisi Antonio Konte PSJ-ni çalışdırmaq arzusunu bildirib. İtaliyalı mütəxəssis Paris təmsilçisinə onunla iki illik müqavilə imzalamağı təklif edib. PSJ rəhbərliyi və hazırkı baş məşqçisi Maurisio Poçettino böyük ehtimalla, əməkdaşlığa son qoyacaqlarını açıqlayıblar. Zinəddin Zidan bu ölkənin millisi ilə işləmək istəyinə baxmayaraq, Fransa çempionları üçün prioritet hədəf olaraq qalır".

"The Times" nəşri: "Şotlandiyanın "Hibernian" klubu "Mançester Yunayted"in əfsanəvi kapitanı Roy Kini baş məşqçi təyin etməkdə maraqlıdır. Mütəxəssis 2019-cu ildən bəri işsizdir".

"Fichajes" nəşri: "Roma" Paulo Dibala üçün mübarizəyə qoşulub. “Yuventus”un argentinalı futbolçusu bu yay azad agent qismində klubu tərk edəcək. Futbolçuya digər iddiaçılar "Milan", "İnter" və "Arsenal"dır".

"Fichajes" nəşri: "Atletiko Madrid" "Real Madrid"lə müqaviləsinin müddəti başa çatan Qaret Beyli transfer etməyi planlaşdırır. Uelsli futbolçu İspaniyada qalmaq istəyir. Bu səbəbdən "Atletiko"nun təklifini nəzərdən keçirməyə hazır olacaq".



Xəbərin oxunma sayı : 391




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap