Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Günün transfer xəbərləri: “Milan“ heyətinə 6 futbolçu qatacaq

Tarix 08.06.22, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Jurnalist Canluka Di Martsiodan xəbərlər:

"Milan" tezliklə "Liverpul"un sabiq hücumçusu Divok Oriqinin transferini açıqlayacaq. Milan təmsilçisinin bossları daha sonra "Roma"dan müdafiəçi Alessandro Florentsini də alacaq. O, artıq ötən mövsüm "Milan"da icarə əsasında çıxış edib.

Bu iki transferdən əlavə, "qırmızı qaralar" eyni zamanda  "Lill"in iki futbolçusunu - yarımmüdafiəçi Renato Sanşeş və müdafiəçi Sven Botmanı heyətinə qatmaq istəyir. "Rossonyerlər" "Sassuolo"nun vingeri Domeniko Berardi və "Brügge"nin hücumameyilli yarımmüdafiəçisi Şarl de Ketelareni də rənglərinə bağlayacaq". 

"Federiko Bernardeski "Napoli"yə keçməyə yaxındır.

"Napoli" Xerard Delofeunu transfer etmək istəyir. "Udineze" futbolçuya görə 20 milyon avro istəyir. Neapollular isə 13 milyon avro tələb edir.

"Yuventus" Domeniko Berardi, Filip Kostiç və Mixail Mudriklə maraqlanır".

“Fiorentina” Lukas Torreyranı almağa çalışır, lakin onların təklifi “Arsenal”ın təyin etdiyi 15 milyon avro yox, 8 milyon avrodur. Florensiyalılar uruqvaylı futbolçunu  ala bilməsələr, "Hoffenhaym"la müqaviləsinin müddəti başa çatan Florian Qrilliçi heyətə qatmağa çalışacaqlar. 

"La Gazzetta dello Sport" nəşri: "Milan"ın hücumçusu Zlatan İbrahimoviç futbolçu karyerasını başa vurduqdan sonra İsveç Futbol Assosiasiyasına (SvFF) qoşulacaq. 

"Diario Sport" saytı: "Barselona" və "Atletiko Madrid" "Vilyarreal"ın hücumçusu Jerar Moreno ilə maraqlanır.

"Sky Italia" saytı:  "PSJ rəhbərliyi yeni hücumçu transfer etmək variantını nəzərdən keçirir. Parislilər “Sassuolo”nun 23 yaşlı hücumçusu Canluka Skamakkanı hədəfə alıblar". 

AEK-in rəsmi saytı: "Brunu Alveş Yunanıstanın AEK klubunun yeni idman direktorudur".

Baş tutmuş transfer xəbərləri: 

Ayzek Hayden (27 yaşlı yarımmüdafiəçi)

"Nyukasl"dan (İngiltərə) "Norviç"ə (İngiltərə) keçib.

Futbolçu 2022/23-cü illər mövsümünün sonuna qədər İngiltərə klubunda icarədə olacaq.



Xəbərin oxunma sayı : 718




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap