Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Fələstinin müstəqilliyini hansı ölkələr tanıyır? –SİYAHI

Tarix 11.12.17, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Trampın dekabrın 6-da Yerusəlimi (Qüdsü) İsrailin paytaxtı kimi tanıdığını bəyan edərək ölkəsinin səfirliyini Tel-Əvivdən həmin şəhərə köçürmək qərarı imzalaması Fələstin probleminə diqqəti artırıb.

1947-ci ildə yaradılmış İsrail Dövləti 1949-cu ildə Yerusəlimi özünün paytaxtı elan edib. 1967-ci ildə İsrail hərbi güclə bütün şəhəri, eyni zamanda Fələstinin başqa ərazilərini tutub. Dünya birliyi bu ilhaqı tanımır, işğal edilən ərazilərin, o cümlədən Qüdsün şərq hissəsinin Fələstinə qaytarılmasını istəyir.

Novator.az bildirir ki, Fələstin 1988-ci il noyabrın 15-də müstəqil dövlət elan olunub. Bu günədək onun müstəqilliyini 136 ölkə tanıyıb.

2012-ci il noyabrın 29-da Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyıb, ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verib. Bu o deməkdir ki, İsrail 1967-ci ildə müharibə ilə tutduğu Fələstin ərazilərindən – Şərqi Qüdsdən və İordan çayının qərb sahilindən çıxmalıdır.

Azərbaycan Fələstinin müstəqilliyini 15 aprel 1992-ci ildə tanıyıb.

Keçmiş SSRİ məkanından Fələstini müstəqil dövlət kimi tanıyan digər ölkələr bunlardır: Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qırğızıstan.

Avropadan Türkiyə, Malta, Serbiya, Albaniya, Kipr, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Polşa, Bosniya və Herseqovina, Monteneqro, İslandiya, İsveç Fələstini müstəqil dövlət kimi tanımaq qərarı veriblər.

Fələstinin müstəqilliyini tanıyan böyük dövlətlər kimi Çini, Hindistanı, Braziliya, Argentinanı misal çəkmək olar.

Amerika regionundan Kuba, Venesuela, Dominikan Respublikası, Boliviya, Ekvador, Çili, Qayana, Peru, Surinam, Uruqvay, Salvador, Honduras, Haiti, Qvatemala və başqaları Fələstini müstəqil dövlət kimi tanıyır.

Asiya və Afrikadan da belə dövlətlər var: Malayziya, Yəmən, Əfqanıstan, Banqladeş, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Monqolustan, Əlcəzair, Mərakeş, Somali, Madaqaskar, Seneqal, Çad, Anqola və s.



Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap