Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Fazil Məmmədov təyyarəsini banka girov qoyub

Tarix 18.01.18, 18:34

Font ölçüsü : - / +
bitmap-img6

 
Sabiq nazir külli miqdrada kredit qarşılığında şəxsi “Qolfstrim” təyyarəsini banka girov qoyması üzə çıxıb

Təqribən ay yarım əvvəl işdən azad olunan Vergilər naziri Fazil Məmmədovun əmlakları, biznes sahələri barədə mütəmadı ölkə mediasında müxtəlif xəbərlər yer alır. Sabiq nazirin ölkə rəhbəri yanında etimadını itirməsinin səbəbi olaraq isə özünün və yaxın ətrafının külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi ilə izah edilir. 

Qeyd edək ki, Fazil Məmmədovun büdcədən oğurladığı milyardlar sayəsində müxtəlif şirkətlər,  yüzlərlə mənzil, villallar, lüks avtomobillər hətta təyyarəsinin belə olması barədə ölkə mətbuatında müxtəlif yazılar dərc edilır. Sabiq nazirlə bağlı AzFakt.com-a daxil olan ilginc məlumatda bildirilir ki, ölkə mediasında yazıldığı kimi həqiqətən də Fazil Məmmədov bir neçə il əvvəl özünə “Qolfstrim” təyyarəsi alıb.

Image result for Qolfstrim təyyarəsi foto

Sabiq nazirin ailəsinə yaxın olan şəxslərdən birinin saytımıza verdiyi bu məlumatda qeyd edilir ki, Fazil Məmmədovun “Qolfstrim” təyyarəsi hazırda ölkədə fəaliyyət göstərən banklardan birində kredit girovluğundadır. Məlumata görə Fazil Məmmədov vergilər naziri işlədiyi dövrdə şəxsi təyyarəsini külli miqdarda kredit qarşılığında girov qoyub. Hazırda isə həmin kreditin qaytarılmasında problemlər yaranıb.

Bildirək ki, nazirin şəxsi təyyarəsinin qiymətini və hansı banka, nə üçün girov qoyması ilə bağlı yaxın günlərdə oxucularımıza daha ətraflı məlumat verəcəyik.

AzFakt.com



Xəbərin oxunma sayı : 2125




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap