Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Evdə oturduğumuz halda kartımızdan gedişhaqqı çıxırlar - Kütləvi ŞİKAYƏT

Tarix 04.03.26, 19:07

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər ictimai nəqliyyatdan istifadə etmədikləri halda bank kartlarından vəsaitin silinməsi ilə bağlı vətəndaş şikayətləri artıb.

Bakupost.az xəbər verir ki, məsələ sosial şəbəkələrdə geniş müzakirə olunur.

İstifadəçilərdən biri -Ülkər Hüseynli bildirib ki, iki gündür evdə olduğu halda kartından nəqliyyat üçün pul çıxılması barədə bildirişlər alır.

Onun sözlərinə görə, əvvəlcə bunun texniki gecikmə olduğunu düşünüb:

“Kartımdan istifadə etmədiyim halda nəqliyyat üçün pul çıxılır. İlk dəfə baş verəndə düşündüm ki, yəqin əvvəl istifadə etmişəm, kartda vəsait olmayıb, indi çıxılır. Amma artıq iki gündür evdə oturduğum halda bildiriş gəlir ki, nəqliyyat istifadəsinə görə pul silinib.

Bu gün səhər avtobus dayanacağında gözləyirdim, kartımdan vəsait çıxıldığı barədə mesaj gəldi, halbuki hələ avtobusa minməmişdim. Sonra düşündüm ki, bəlkə bildiriş 1-2 saat gecikir. Bu səbəbdən gün ərzində kartdan istifadə edəndə vaxtına diqqət etdim. Bildirişlər dərhal və ya maksimum 2-3 dəqiqə ərzində gəlirdi. Universitetdən evə qayıdarkən yenidən kartdan pul çıxıldı. O gün istifadə etdiyim 2 gedişin də bildirişi mənə gəlmişdi. Axşam isə yenə evdə olduğum halda nəqliyyat istifadəsinə görə pul çıxılması barədə mesaj aldım. Hətta bir müddət sonra kartımdan pul çıxarılmağa cəhd edildiyi, lakin əməliyyatın baş tutmadığı barədə də bildiriş gəldi. Çünki vəsaiti başqa karta köçürmüşdüm. Sabah bankla əlaqə saxlayıb məsələni aydınlaşdıracağam”.

Məsələ ilə bağlı “Kapital Bank”ın mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, problem “BakıKart” sistemi ilə əlaqəlidir.

“BakıKart”ın müştəri əlaqələri üzrə baş mütəxəssisi Mehriban Əhmədova isə saytımıza açıqlamasında qeyd etdi ki, sərnişinlər ictimai nəqliyyatda bank kartı ilə etdikləri keçidə görə vəsaitin çıxılması barədə bildirişlərin fərqli saatlarda daxil olduğunu və bunun çaşqınlıq yaratdığını bildirirlər:

Onun sözlərinə görə, ictimai nəqliyyatda bank kartı oxudulduqda keçid dərhal, təxminən 1 saniyə ərzində həyata keçirilir. Lakin vəsait kartdan bir neçə saat, hətta bir neçə gün sonra silinə bilər:

“Bu, normal haldır. Vəsaitin çıxılması ilə bağlı bildiriş kartın aid olduğu bank tərəfindən göndərilir. Sistem elə qurulub ki, keçid prosesi sürətli və fasiləsiz olsun.

Həmçinin kartınızda kifayət qədər vəsait olmasa belə, ardıcıl iki dəfə keçid etmək mümkündür. Lakin bu, ödənişsiz xidmət deyil. Kart hesabına sonradan pul əlavə olunduqda istifadə etdiyiniz məbləğ silinəcək”.







Xəbərin oxunma sayı : 1096




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap