Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Eşqi Bağırovun himayə etdiyi Arslan Hacıyev kimdir? - İLGİNC

Tarix 15.05.25, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


207 nömrəli məktəbin direktoruna məxsus səs yazısının yayımlanmasından sonra, ölkənin demək olar ki, bütün media resursları Elm və Təhsil Naziri Emin Əmrullayevi kəskin tənqid etməyə başladı. Lakin aparılan qısa araşdırmalar nəticəsində məlum oldu ki, bu cür məsələlərə birbaşa Elm və Təhsil Nazirliyi deyil, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavabdehdir.

Məlumata görə, həmin agentliyin strukturunda diqqətçəkən bir şəxsin - Arslan Hacıyevin adı önə çıxır. O, əvvəllər "Azərşəkər” şirkətində satış meneceri vəzifəsində çalışıb. Sonradan Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəhbər təyin olunub. 2024-cü ilin noyabr ayından isə Eşqi Bağırovun əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsinə gətirilib. Daha sonra Eşqi Bağırovun Təqdimatı ilə MÜTDA-nın direktor müavini təyin olunub.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, Arslan Hacıyev təhsil müəssisələrini bir növ satış məntəqəsinə çevirməkdə ittiham olunur. Onun regional təhsil müdiri olduğu dövrdə həyata keçirdiyi bu təcrübələr bu gün bütün ölkə üzrə məktəblərdə tətbiq olunur. Hazırda bir çox məktəbdə "Son zəng” tədbiri üçün valideynlərdən pul yığılır, müəllimlərə isə ödəniş qarşılığında dərs saatları satılır. Bu hallar təhsil sistemində ciddi narazılıqlara səbəb olur.

Cəmiyyət haqlı olaraq hesab edir ki, Elm və Təhsil Naziri Emin Əmrullayev bu məsələni də nəzarətə götürməli, müvafiq araşdırmalar aparmalı və nəticə olaraq satış menecerliyindən təhsilə gətirilmiş, lakin sahəyə dair yetərli bilik və təcrübəsi olmayan şəxsin təhsil sistemindən uzaqlaşdırılması üçün zəruri addımlar atmalıdır.(patrulaz.az)



Xəbərin oxunma sayı : 694




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap