Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dilarə 40 dərəcə temperaturla şou göstərdi - VİDEO

Tarix 04.03.23, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Dilarə Kazımova yeni klipini təqdim edib.

BAKU.WS xəbər verir ki, məşhur estrada ifaçısı “Alov” adlı yeni trekini dinləyicilərin ixtiyarına verib. Həmin ifanın sözləri və musiqisi Sheyh Ree-yə məxsusdur.

Mahnını rejissor Xəyal Hüseyn ekranlaşdırıb. Sənətçinin layihədə tərəf müqabili İsmayıl Məmmədzadədir.

Ekran işində cəsarətli obrazlara yer verilib və klip rəngli görüntülər, rəqs və fərqli obrazlarla zəngindir. Belə ki, bəstə sevgi və ehtirasdan bəhs edir.

“İnsanlar bir-biriləri ilə danışmasalar da, görüşəndə, göz-gözə gələndə ağılları başlarından çıxır. Bir-birilərinin yanında olmaq, toxunmaq istəyirlər”, - deyə Dilarə Kazımova bildirib.

Həmçinin sənətçi qeyd edib ki, klip çəkilişləri zamanı temperaturu 39 dərəcə olub və işləri bu səbəbdən təxirə salmaq istəməyib:

“Biz layihəni planlaşdıranda hər şey yaxşı idi. Lakin çəkilişlər başlayana yaxın xəstələndim, ağrım olmasa da, 39-40-a yaxın qızdırmam var idi. Buna baxmayaraq, başa düşürdüm ki, komandanın, klipin üzərində çalışanların əziyyəti böyükdür. İşləri təxirə salmaq olmazdı. Ona görə də əlimdən gələni etməliydim. Rəqslər və digər məqamlar öz yerindədir. İnanıram ki, insanlar bunu qiymətləndirəcəklər”.

Qeyd edək ki, layihənin prodüseri Cabir Əliyevdir.





Xəbərin oxunma sayı : 745




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap