Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Deputat Əli Məsimli:“Büdcənin çox hissəsinin təmir-tikintiyə ayrılması korrupsiyanən ən populyar üsuludur“

Tarix 15.11.18, 10:48

Font ölçüsü : - / +
bitmap-img6


“2019-cu ilin yaşayış minimumunun artırılması müsbət haldır. Amma 180 manatlıq yaşayış minimumu ilə bir ay yaşamaq mümkün deyil. Bunu bilmək üçün sadəcə bazara getmək və həmin vəsaitin bir neçə günə çatacağını əyani şəkildə görmək mümkündür. Ona görə də yaşayış minimumunun artırılması üçün əlavə vəsait axtarmaq lazımdır. Belə mənbələr yetərincədir.

AzFakt.com xəbər verir ki, bu sözləri iqtisadçı, millət vəkili Əli Məsimli parlamentdə büdcə müzakirələri zamanı deyib. Onun sözlərinə görə, devalvasiya dan sonra qiymətlər 2 dəfədən çox, yaşayış minimumu isə cəmi 37 manat artıb ki, bu vəsaitlə əhalinin yüksək inflaysiya nəticəsində məruz qaldığı itkiləri kompensasiya etmək mümkün deyil: “Ona görə də əhalinin güzəranı yaxşılaşmır. Müstəqillik illərində Azərbaycan iqtisadiyytaının artım tempi postsovet və postkommunust məkanından hamıdan yüksək olub. Bəs bu iqtisadi sıçrayış niyə əhalinin bütün təbəqələri üçün layiqlı həyat səviyyəsinə çevrilmir?“
Deputat bunun bir neçə səbəbini açıqlayıb: 
“Birincisi, artıq könhə model tükənib. Son beş ildə  orta illik atım tempimiz  orta dünya və orta MDB tempindən xeyli aşağı düşüb. Ona görə də innovasiyalı inkişaf modelinə keçib həm iqtisadi artım templərini yüksəltmək, həm də rəqabət qabiliyyətimizi artırmaq və həyat səviyyəsini yüksəltmək lazımdır. İqtisadi və sosial tərəqqi yolunda  bu yolun alternativi yoxdur.
İkincisi isə mövcud  potensialımızdan, ehtiyatlardan səmərəli istifadə ermək lazımdır. Azərbaycanda belə ehtiyatlar çoxdur. Çox böyük potensial fonunda əhalinin yoxsul təbəqəsinin həyatı yaxşılaşmır. Bunun əsas səbəblərindən biri budur ki, Azərbaycanda milli gəlir ədalətlə bölünmür. Rusiyada ÜDM-in 45 faizindən çoxu, Qazaxıstanda ÜDM-in 30 faizindən çoxu, Azərbaycanda isə ÜDM-in 20 faizindən azı əmək haqqına yönəlir. Əslinı qalsa, bizim iqtisadiyyatımız nə Rusiya, nə də Qazaxıstandan pis deyil, sadəcə bölgüdə və digər sahələrdə ədalətsizliklər var. Biz, ÜDM-in 20 faizini yox, 30 faizini əmək haqqına  yönəltsək, MDB və Gürcüstan qarışıq əmək haqqının səviyyəsinə görə hazırkı müxtəlif hesablamalara görə 5-ci və ya 6-cı yerdən, əmək haqqının və əhalinin yaşayış səviyyəsinə görə Qazaxıstanı da ötəcəyik və Rusiyadan sonra ikinci yerə çıxacağıq.
Üçüncüsü, büdcənin strukturu təkmillşdirilməlidir. Beynəlxalq səviyyəli  mötəbər təhqiqatların  nəticələri göstərir ki, büdcənin çox hissəsinin təmir-tikintiyə xərclənməsi, əslində mədəni surətdə büdcə vəsaitinin mənimsənilməsinin, yeyilməsinin ən populyar üsuludur. Büdcəmiizn sosial yönümündəndən danışırıq, amma Qazaxıstanda büdcənin sosial yönümli  xərcləri 44 faiz,biz də isə  hər iki variantı  qeyd etsək, 27-33 faizdir. Biz də büdcədə sosial yönümlü xərcləri artırıb, əhalinin güzaranına müsbət təsir göstərməliyik. Ona görə bizim bu fikrimizə qarşı əsası olmayan arqumetlər gətirməkədənsə, büdcə xərcləmələrinin səmərəliliyini artırmaq, etibarlı nəzarət, monitoriq və hesabatlılıq sistemi yaratmaq  lazımdır”.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap