Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Dələduzluq edən müavini direktor təyin etdilər - İddia

Tarix 18.10.17, 18:48

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi rayonunda 297 nömrəli məktəbin təlim-tərbiyə üzrə direktor müavini olan zaman Lalə Quliyeva adlı qadının dələduzluq etməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.

İddialara görə, o, 60 müəllimdən 60 manatdan pul yığaraq onlara “HBƏT” (Həyati bacarıqlara əsaslanan təlim) sertifikatını verməyi vəd edib.
L.Quliyeva pulu aldıqdan sonra nə sertifikat verib, nə də məbləği geri qaytarıb. Bundan sonra maddi zərər görmüş müəllimlər ərizə yazaraq xanımdan şikayətçi olublar.
L.Quliyevaya cinayət işi açılması tələb olunsa da, qüvvəyə minməyib.
Məktəbdən verilən məlumata görə, direktor müavini öz ərizəsi ilə vəzifəsindən istefa verib. 2017-ci ilin yeni tədris ilində isə onu Abşeron təhsilinə, dəqiq desək 3 nömrəli məktəbə direktor vəzifəsinə təyin ediblər.
Məlumat üçün bildirək ki, L.Quliyeva bir müddət 197 saylı orta məktəbdə Riyaziyyat fənnindən dərs deyib.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlamağa çalışdıq. C. Valehov zənglərimizə cavab vermədi.
Haqqında iddialar səsləndirilən, hazırda Abşeron rayonu 3 saylı orta məktəbin direktoru Lalə Quliyeva isə məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi. Primetime.az 



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap