|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Daha bir dövlət qurumunda talan aşkarlandı – “1 milyard manat ortalıqda yoxdur”
Tarix 12.05.18, 20:35 |
|
Əkrəm Həsənov: “Neçə vaxtdır Fondun fəaliyyətinin yoxlanmasını tələb edirdik”
“Azad Cavodava yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdiriblər”
Məlumat verdiyimiz kimi, Hesablama Palatası Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətində ciddi maliyyə və hüquqpozmaları aşkar edib. “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabata görə, ləğv prosesində olan “Zaminbank”, “Kredobank”, “Yunayted Kredit Bank”, “Bank of Azerbaijan”, “Gəncəbank”, “Parabank”, “Bank Technique”, “Royalbank”, “Dekabank” və “Atrabank” ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən (ləğvedici) həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri üzrə ciddi maliyyə və hüquqpozmaları aşkarlanıb. Palata qanunvericiliyə uyğun olaraq hesabat ilində başa çatdırılmış nəzarət tədbirləri üzrə müvafiq materialları Baş Prokurorluğa göndərib.
Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, nəzarət tədbirləri üzrə cinayət işi açılıb və müvafiq tədbirlər görülməkdədir.
Hesabatda həmçinin qeyd olunub ki, Əmanətlərin Sığortalanması Fondunda aparılmış audit tədbiri üzrə ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının əmanətçilərinə kompensasiya ödənişləri ilə bağlı materiallar isə müvafiq qaydada Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib: “Dövlət Təhlükəsizlik Xidmətindən Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, nəzarət tədbirinin nəticələri üzrə materiallar açılmış cinayət işi üzrə araşdırılmaqdadır”.
Ona yaxın bankın əmanətlərinin kompensasiya olunmasında hansı qanunsuzluqlar mümkündür? “StandardBank” üzrə materiallar niyə məhz DTX-yə göndərilib? Sualları cavablandıran bank sahəsi üzrə mütəxəssis, “StandardBank” Kreditorlar Komitəsinin rəhbəri Əkrəm Həsənov deyir ki, “StandardBank” Azərbaycan tarixində ən böyük müflislik hadisəsidir: “Ümumiyyətlə, bəlkə də dünya tarixində bu bankın müflisləşməsi, ona dəyən zərər qədər ikinci bir müflisləşmə olmayıb. Təsəvvür edin ki, ”BankStandard”ın 1,2 milyard manat borcu qalıb, əmlakı isə deyilənə görə, cəmi 200 milyon manatdır. Bu, 6 dəfə fərq deməkdir, 1 milyard manat ortalıqda yoxdur. Dünyada bəlkə də bu qədər fərqlə yeganə müflisləşmə halıdır. Buradan açıq-aşkar görünür ki, bu bank çoxdan müflisləşibmiş. Və dövlət orqanlarının özündə problem olub ki, bunu vaxtında üzə çıxarmayıblar. Ya indi əlbir olublar, ya korrupsiya olub. Bu məsələ dövlət təhlükəsizliyinə aid olan məsələdir. Digər tərəfdən, qanunvericiliyə əsasən müflis olan banklarda sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu ödəyir, sonra bankın əmlakını sataraq öz verdiyi vəsaitləri geri qaytarır. Yalnız bundan sonra digər kreditorların vəsaitləri qaytarılır. Əmanətlərin Sığortalanması Fondu “StandardBank” üzrə 440 milyon manata yaxın vəsait xərcləyib, daha 10 milyon manat da ləğvetmə xərclərinə çıxır. Bu isə o deməkdir ki, Fond bankın əmlakını satmaqla əmanətçilərə verdiyi pulun heç yarısını da çıxara bilməyəcək. Bütün verilən pullar isə dövlətindir. Bundan əlavə, “StandardBank”da SOCAR, “Azercell” kimi iri, əsasən də dövlət şirkətlərinin pulları qalıb. Bu baxımdan da məsələ dövlət təhlükəsizliyinə gedib çıxır. Ötən il Kreditorlar Komitəsi qərar qəbul etdi və mən bu bankla bağlı bütün sənədləri Dövlət Təhlükəsizlik Xidmətinə göndərdim. Xahiş etdik ki, məsələni öz nəzarətlərinə götürsünlər. Yəni digər banklarda vəziyyət bu bankdakı qədər pis deyil”.
Digər10 bankın əmanətlərinin kompensasiya edilməsi prosesindəki qanun pozuntularına gəlincə, hüquqşünas deyir ki, burada bir variant mümkündür: “Düşünürəm ki, burada söhbət sığortalanmayan əmanətlərə də sığortalanmış donu geydirib kompensasiya ödənməsindən gedə bilər. Bildiyiniz kimi, əmanətlər o halda sığortalanmış sayılır ki, milli valyutada illik faiz dərəcəsi 15-i, xarici valyutada isə 3-ü ötməsin. Bu halda Əmanətlərin Sığortalanması Fondu məbləğindən asılı olmadan əmanətləri kompensasiya etməlidir. Əsas ehtimal budur ki, sığrotalanmayan əmanətləri də hansısa yollarla, tutalım ki, sənədləri saxtalaşdırmaqla bu tələblərə uyğunlaşdırıb dövlət hesabına kompensasiya ediblər. Deyim ki, Kreditorlar Komitəsinin rəhbəri olandan sonra belə variantın mümkünlüyü ilə bağlı mənə çox söz-söhbətlər gəlib çatıb. Məlumatlar gəzirdi ki, hansısa banklarda bu əməllərə yol verilir. Bu baxımdan, düşünürəm ki, aşkarlanan əsas qanun pozuntuları bu əməllərlə bağlı olub. Bu, əlbəttə, kobud qanun pozuntusudur. Ona yol verənlər cəzalandırılmalıdır. Onu da qeyd edim ki, bu işlər Fondun əvvəlki rəhbərliyinin dövründə olub”(musavat.com).
“AzPolitika.info” qeyd edir ki, talanın baş verdiyi dövrdə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini Azad Cavadov tuturdu. Azad Cavadovun səlahiyyət müddəti bitdiyi üçün ötən ilin avqustunda vəzifəsindən azad olunub. A. Cavadov 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru kimi fəaliyyət göstərib.
Hələ Fondunun icraçı direktoru işləıdiyi dövrdə Azad Cavadovla bağlı ciddi ittihamlar səsləndirilib. Məsələn adının açıqlanmasını istəməyən bank işçiləri keçmiş həmkarları Azad Cavadovu bank kreditlərinin mənimsənilməsində, vəzifə səlahiyyətlərindən sui – istifadə edərək fəaliyyətinə xitam verilmiş banklara məxsus miliyonlarla dollar pulun və əmlakın mənimsənilməsində ittiham edib: “Biz sizə əmanətlərin sığortalanması fondunun keçmiş icraçı direktoru Azad Cavadovun tabeçiliyində olan 11 bankdan və birbaşa Azad Cavadova məxsus olmaqla qızı tərəfindən idarə olunan, bu gunə kimi mətbuata səhmlərinin adı açıqlanmayan Fınex lizinq (bokt) Şirkəti haqqında danışacağıq.
Fınex lizinq (bokt) Şirkətinin icraçı rəhbəri Azad Cavadovun İsgəndər adlı bacısı oğludur. İsgəndər və şirkətdə sözü keçən Azad Cavadovun qaynı Ramiz, DTX – nın və Prezident Aparatının Bank sektoruna nəzarət edən şöbələrinin əməkdaşıları ilə birləşərək bank əməliyyatlarından sui – istifadə etməklə qısa muddət ərzində miliyonlarla dollar çirkli pullar əldə ediblər.
Azad Cavadovun qızı Şifahi xanım və həyat yoldaşı Afət xanım (Mərkəzi Bankın valyuta əməliyyatları şöbəsinin müdiri) ailənin 2-ci yeznəsi olan Tamerlan (Accesbankın mikro kreditlər uzrə rəisidır) və Tamerlanın komandasinda yer alan Səbuhi Rüfət və Nurlan adlı şəxslər ölkədə bağlanmış 11 banki ailə biznesi və öz sərvətləri hesab edərək talayıblar.
Azad Cavodava yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdiriblər. Bu şəxslər müflis olmuş Banklara məxsus olan daşınar və daşınmaz əmlakları hədiyyə adıyla mənimsəyiblər.
Belə ki, Azad Cavadov “Bank Standard”a məxsus olan dəyərı 200 000 manat dövlət qeydiyyat nomrəsi 10 AA165 olan 2016 – cı il buraxılışlı son model “Merceses S class” markalı avtomobıli oz qapısında gizlədərək mənimsəyib və eyni zamanda “Bank Standard”a məxsus olan dəyərı 150000 manat olan “Lexsus 570 LX” markali avtomobıli ova getmək məqsədi ilə özunə məxsus Goradildəki bagında saxlayır.
Azad Cavadov muflis olmus banka məxsus olan son model Mersedes E klass markalı dövlət nömrə nişanı 99 AF 310 olan avtomobili vəzifə səlahiyyətlərindən sui istifadə edərək mənimsəyib və banka heç bir vəsait ödəmədən oz əmlakı kimi bacısının ərinə bagışlayıb.
Azad Cavadov işlədiyi müddətdə müflis olaraq baglanmış 11 bankın (Royalbank, Bank of Azerbayjan, Qafaqaz İnkisaf Bankı, Texnikabank, Kredobank, Dekabank, Parabank, Zamınbank, Atrabank) tabeçiliyində olan işçilərlə qeyri – insani rəftar edib, Əmanətlərin Sıgortalanması Fondunun prosedur qaydalarına zidd hərəkət edərək sığrtalanmayan əmanətlərın 50%- ni nagd şəkildə rüşvət alaraq sıgortasız ödənişlər verib. Bu işlərdə məsələlərın hüquqi tərəfini həll etməyi isə Ramil Tahirova həvalə edib.
Biz bank sektorunda çalışan insanlar görulən bütün bu işlərdə Azad Cavadovun öz tələbəsi olmuş Rüfət Aslanlının əlinin oldugundan əminik. Çünki hər həftənın 5-ci və 6 -cı günləri, hətta təxirə salınmaz görüşə ehtiyac olduğu zaman həftə içində belə, iş vaxtından sonra yenə gecə saatlarında Azad Cavadova məxsus Goradildəki bag evində xüsusı görüşlər təyin olunur və orada talama əməliyyatının detalları dar çərçivədə müzakirə edilirdi.
Xatırlatmaq yerinə düşər ki, bir neçə ay bundan əvvəl Azad Cavadovun qardaşı Süleyman Cavadov Rusiyanın paytaxtı Moskva şəhərində müəmallı şəkildə qətlə yetirildi. Bu qətlin arxasında Azad Cavadovun qanunsuz əməllərinin dayandığını güman etmək olar. Qardaşının qətlindən sonra Azad Cavadov qızına sürücü tutmuş və qızını 90-AZ-050 nomrəli “Hundai Qrandeur” markali avtomaşınla Niyazi adlı sürücü gəzdirir.
Azad Cavadov isə iz itirmək üçün çox vaxt 90-AH-266 nömrəli Toyota markali avtomobillə gəzir.
Bundan əlavə Azad Cavadovun mülkiyətində Mərdəkan qəsəbəsində Şüvəlanda bir neçə dəbdəbəli villalar, hektarlarla torpaq sahələri, Bakı şəhərinin mərkəzində mənzillər və ticarət obyektləri var.
Bundan əlavə Azad Cavadov qanunsuz korrupsiya yolu ilə əldə etmiş oldugu 100 miliyonlarla dollar dəyərindəki qanunsuz əmlakları və Avropadakı bank hesablarını öz qohumlarının və etibar etdiyi dostlarının adına rəsmiləşdirə bilib.
Azad Cavadov daha öncə Beynəlxalq Bankda işlədiyi dövrdə yol verdiyi nöqsanlara görə vəzifəsindən qovulmusdur və həmin gündən Beynəlxalq Bankin sabiq sədri olmuş Cahangir Haciyevlə arasında soyuq münasibıtlər yaranmışdir. Cahangir Haciyev həbs olundugu gün Azad Cavadov məşhur restoranların birində təntənəli qonaqlıq verib.
Ləgv prosesində olan 11 bankın sıgortalı əmanətləri bitmədiyi halda sıgortasız 1 milyard AZN -ə yaxın əmanət Azad Cavadovun tapşırıgı ilə qabaqcadan rüşvət alınaraq ödənilmişdir.”
Azad Cavadov isə bütün bu ittihamların hamısı böhtan adlandırıb: “Bunların heç bir əsası yoxdur. Axmaq adamlardır, sadəcə şər- böhtan atmaqla məşğuldurlar”.
A.Cavadov “onlar kimi axmaqlara veriləcək cavabım yoxdur”, deyərək suallara cavab verməkdən imtina edib.
Ancaq indi Əkrəm Həsənovun dediklərindən və Hesablama Palatasının hesabatından belə məlum olur ki, deyilənlər Azad Cavadovun iddia etdiyi kimi heç də böhtan deyil. Ancaq maraqlıdır, bir qurumda dövlətin bu qədər vəsaiti talandığı halda, həmin quruma rəhbərlik etmiş şəxs neçə əlini-qolunu sallayaraq azadlıqda gəzir?
Xəbərin oxunma sayı : 1018
Gündəm
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV