|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Dövlət müəssisələri nə üçün kommersiyalaşdırılır? - ARAŞDIRMA
Tarix 28.07.22, 18:39 |
|
Azərbaycan iqtisadiyyatında dövlət müəssisələri mühüm rol oynayır: 14 iri dövlət müəssisəsi dövlət büdcəsinə bütün vergi daxilolmalarının dörddə birini, ölkədə məşğulluğun isə 25%-ni təmin edir. Üstəlik, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkənin ən böyük vergi ödəyicisidir.
Ölkədə azı 29 sektorda fəaliyyət göstərən 5 000-dən çox dövlət müəssisəsi var. Buraya istehsal, otel biznesi və bank işi daxildir. Bir çox iri dövlət müəssisələri öz sahələrində inhisar və ya demək olar ki, monopoliya statusuna malikdir. Lakin bir çox dövlət müəssisələri əhəmiyyətli dərəcədə subsidiyalar əldə etməsinə baxmayaraq, həm büdcəyə cüzi töhfə verir, həm də itkilərlə üzləşir.
Buna görə də əksər dövlət müəssisələrinin səmərəsiz işləməsi, yüksək borc yükü, itkiləri və ödəmə qabiliyyətini itirmək riski ilə əlaqədar Azərbaycanın dövlət büdcəsi üçün risklərin qarşısını almaq məqsədilə 2019-cu ilin iyunundan belə müəssisələrlə bağlı islahatlar proqramının icrasına başlanılıb. Xüsusilə, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsini əhatə edən korporativ idarəetmənin qaydaları və standartları qəbul edilib. Bundan başqa, nəticəyə əsaslanan mükafatlandırma sistemi yaradılıb.
Yeri gəlmişkən, iri müəssisələrin idarəetməsini və fəaliyyətini təkmilləşdirmək üçün 2020-ci ilin avqustunda Azərbaycan İnvestisiya Holdinqi təsis edilib. Ona 14 ən iri dövlət müəssisəsinin idarəçiliyi həvalə olunub. Əslində, bu qərar hökumətin dövlət mülkiyyətində qalacaq strateji dövlət müəssisələrinin maksimum dərəcədə səmərəliliyinin artırılması və idarəetmənin gücləndirilməsi ilə bağlı səy göstərdiyini təsdiqləyir. Axı, holdinqə verilən dövlət müəssisələrinin əksəriyyəti zərərlə işləyirdi.
Bu arada, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, təxminən son 2 ildə bir sıra dövlət müəssisələrinin səmərəliliyinin və idarəetmədə şəffaflığın təmin edilməsində bir sıra nailiyyətlər əldə edilib:
“Bizim nailiyyətimiz müəssisələrin səmərəliliyinin artırılması, sadə dillə desək mənfəətliliyinin artırılması ilə ölçülür. Əgər müəssisə struktur nöqteyi-nəzərdən mənfəət gətirə bilmirsə, deyək ki, tarif siyasətinə və ya hansısa başqa bir obyektiv səbəblərə görə, o zaman onun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə ölçülür. Azərbaycan İnvestisiya Holdinqinin portfelinə daxil olan şirkətlərin tam əksəriyyətində bunu müşahidə edirik”.
Nazirin sözlərinin təsdiqi kimi qeyd edək ki, holdinqin tərkibinə daxil olan dövlət şirkətləri – Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “AzerGold”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO), Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Azər-Türk Bank”ı 2021-ci ili əməliyyat mənfəəti ilə başa vurub.
2022-ci ilin birinci rübündə də maliyyə göstəricilərində müsbət tendensiya müşahidə olunub. Məsələn, SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq 2,1 milyard manat xalis mənfəət əldə edib. Eyni zamanda, 2022-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin EBITDA-sı düz 3 milyard manata çatıb.
ASCO isə 2021-ci ili 51,792 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2020-ci illə müqayisədə 15% çoxdur. Üstəlik, onun əməliyyat gəlirləri 9% artaraq 459,133 milyon manata çatıb.
ABB-yə gəlincə, bank 2021-ci ili 208,8 milyon manat xalis mənfəətlə (2020-ci illə müqayisədə 61,4% artım) başa vurub. Ötən il Azərbaycan Beynəlxalq Bankının gəlirləri isə 604,652 milyon manata (artım 13,7%) çatıb. Qeyd edək ki, ABB bu ilin birinci yarısında 335,496 milyon manatlıq gəlirlə (artım 6,6%) düz 118,4 milyon manat xalis mənfəət əldə edib.
Ötən il “Azər-Türk Bank”ın xalis mənfəəti 29% artaraq 546 min manata, gəlirləri isə 35,819 milyon manata (artım 15,4%) çatıb. Bank cari ilin birinci yarısını 812 min manat (artım 81,3%) mənfəətlə başa vurub. Onun gəlirləri isə 23 milyon 219 min manat (artım 60,4%) təşkil edib.
Beləliklə, Azərbaycan İnvestisiya Holdinqinin yaxın illərdə dövlət şirkətlərinin idarə etdirilməsi, dövlət müəssisələrinin daha da inkişaf etdirilməsi üçün yol xəritəsi qəbul etmək niyyətində olduğunu nəzərə alsaq, holdinqə daxil olan digər şirkətlərin maliyyə göstəricilərində yaxşılaşma gözləmək olar.
Bu arada, Beynəlxalq Valyuta Fondunun (IMF) fikrincə, Azərbaycan iqtisadiyyatında dövlət iştirakının azaldılması istiqamətində aparılan uğurlu islahatlar özəl sektora əsaslanan artım modelinə keçidə yardım göstərəcək və fiskal risklərin azaldılmasına kömək edəcək.
Bundan başqa, IMF iqtisadçıları kommersiya fəaliyyətini qeyri-kommersiya fəaliyyətindən ayırmağı təklif edir və sonuncunun büdcədən maliyyələşdirilməli olduğunu bildirirlər. Həmçinin Azərbaycan İnvestisiya Holdinqi vasitəsilə dövlət müəssisələrində şəffaflığın və fəaliyyətin monitorinqinin artırılması, özəlləşdirmənin və zəruri hallarda maliyyə restrukturizasiyasının təşviq edilməsi və dövlət müəssisələrində islahatların sosial təsirinin azaldılması üzrə tədbirlərin tətbiqi təklif edilir.
Bununla yanaşı, Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökumətini iri dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqinə yönəlmiş islahatların genişləndirilməsini davam etdirməyə və özəlləşdirməyə çıxarılan müəssisələrin maliyyə cəhətdən sağlamlaşdırılmasına diqqəti artırmağa çağırıb.
ADB analitikləri hesab edirlər ki, dövlət satınalmaları prosedurlarının təkmilləşdirilməsi, yüksək keyfiyyətli dividend siyasətinin yaradılması, dövlət müəssisələrinin rəhbərlərinin təyinatı sisteminin dəyişdirilməsi, yeni mükafatlandırma sisteminin yaradılması və s. zəruridir:
“Bundan başqa, dövlət müəssisələrinin rüblük maliyyə hesabatlarının, strategiyalarının, onların fəaliyyətinin nəticələrinin, kənar auditorların rəylərinin dərcinin şəffaflığını artırmaq lazımdır”.
Asiya İnkişaf Bankının qiymətləndirilməsinə görə, dövlət müəssisələrinin səmərəsiz fəaliyyət göstərməsinin digər səbəbi onların məşğulluq və sosial təminat sahəsində dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsidir:
“Bundan başqa, demək olar bütün dövlət müəssisələrində maliyyə vəziyyətinin əlverişsiz olması səbəbindən dövlət büdcəsindən dəstəyə ehtiyac var”.
Yeri gəlmişkən, Dünya Bankı da Azərbaycan hökumətinin dövlət müəssisələrində idarəetmənin səmərəliliyini artırmaq üçün həyata keçirdiyi islahatları dəstəkləyir. Bank hesab edir ki, bundan sonrakı proses dövlət əmlakının qorunub saxlanmasını əsaslandırmağa yönəlmiş ardıcıl islahatların keçirilməsini tələb edəcək. Həmçinin iqtisadiyyatın dominant sektorlarında fəaliyyət göstərən dövlət müəssisələrində tənzimləyici, direktiv və əməliyyat funksiyalarında dövlətin rolunun bölünməsi tələb olunur.
Dünya Bankının tövsiyələrinə həmçinin əməliyyat səmərəliliyinin artırılması üçün şirkətlərin stimullaşdırılması və hesabatlılığın yüksəldilməsi ilə bağlı təkliflər daxildir. Bank hesab edir ki, özəl investorları rəqabətqabiliyyətli sektorlara cəlb etmək üçün dövlətin bəzi müəssisələrdə iştirakdan imtina etməsi lazımdır. Dünya Bankının analitiklərinin fikrincə, zəruri sosial müdafiə sistemlərinin, təlim, təkmilləşdirmə şəklində digər dəstək formalarının, həmçinin dövlət müəssisələrinin səmərəliliyinin artırılması nəticəsində azad olunmuş işçi qüvvələrinə iş yerlərinin tapılması üzrə dəstəyin tətbiqi lazımdır.
Nəticədə aparılan islahatlar dövlət müəssisələrinin zərər görən şirkətlərdən gəlir əldə edən şirkətlərə keçidini, borc öhdəlikləri üzərində nəzarəti təmin edəcək və həddindən artıq xərclərin qarşısını alacaq. Üstəlik, yeni gəlir mənbələri yaratmaq yolu ilə büdcə subsidiyalarını minimuma endirmək olar.
Bir sözlə, Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, onun regional tranzit-nəqliyyat qovşağına çevrilməsi imkanlarını yaradır, ona görə də dövlət şirkətlərinin güclənməsi hesabına onların qlobal bazarda rəqabət qabiliyyətinin yalnız artacağını söyləyə bilərik. (“Report” )
Xəbərin oxunma sayı : 1135
İqtisadiyyat
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV