Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ceyhun Bayramov fransız həmkarına: “Sərhəd məsələsinin şişirdilməsi yolverilməzdir!“

Tarix 17.05.21, 10:14

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliklə bağlı məsələləri müzakirə ediblər.

Ceyhun Bayramov uzun müddətdən sonra Ermənistan ilə sərhədlərin gücləndirilməsi tədbirlərinin həyata keçirildiyi, bu xüsusda Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyi, tərəflər arasında mövcud olan fikir ayrılığı və yaranmış gərginliyin aradan qaldırılması üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşma, o cümlədən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəflə danışıqların aparılması ilə bağlı qarşı tərəfə məlumat verib.

C.Bayramov sərhəd gərginliyi məsələsinin şişirdilməsi və siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.

Nazirlər həmçinin münaqişə sonrası məsələlər ətrafında ümumi fikir mübadiləsi aparıblar.



Xəbərin oxunma sayı : 385




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap