Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ceyhun Bayramov Almaniya Bundestaqının vitse-prezidenti ilə görüşdü - FOTO

Tarix 18.07.22, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 18-də xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federal Parlamentinin vitse-prezidenti Katrin Görinq-Ekart ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ceyhun Bayramov bu il diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu Almaniya ilə ikitərəfli münasibətlərin, habelə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq, cari ilin mart ayında Almaniyaya səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayıb.


Görüş zamanı ikitərəfli və regional, habelə Ukrayna və onun ətrafında vəziyyət, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verilib.

Daha sonra Azərbaycanla Almaniya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.





Xəbərin oxunma sayı : 634




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap