Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Cəlilabadda bacısını xilas edən yeniyetmə quduz itin dişləməsi nəticəsində ölüb - TƏFƏRRÜAT

Tarix 25.05.23, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Cəlilabad rayonunda quduz itin dişlədiyi yeniyetmənin ölümü ilə bağlı təfərrüat məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə mayın 3-də, Cəlilabad şəhərinin R.Nəsirov küçəsində baş verib.

Belə ki, 11 yaşlı Zülfiyyə Rzayeva mağazadan evə qayıdan bacısının sahibsiz itin hücumuna məruz qaldığını görüb.

Bu zaman o, bacısının köməyinə gəlib. Yeniyetmə bacısını xilas etsə də, özü itin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

Daha sonra Z.Rzayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada quduzluq əleyhinə vaksin vurulub və yaraları tikilib.

Lakin vəziyyəti ağırlaşdığı üçün yeniyetmə paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Z.Rzayeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

O, doğulduğu Cəlilabad rayonunun Əsədli kəndində torpağa tapşırılıb.





Xəbərin oxunma sayı : 664




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap