Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Cavid Qurbanovun yalan çıxan vədi və… – Ziya Məmmədova hücumunun sirri

Tarix 30.03.18, 2:30

Font ölçüsü : - / +
bitmap-img6


Tikintisinə 10 ildən çox vaxt gedən, 1 milyard dollardan artıq vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryol xəttinın açılış mərasimi ötən il həyata keçirilsə də, yol, istismara hələ də tam hazır deyil. 

Baxmayaraq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış ərəfəsində mətbuata açıqlamalarında bu ilin yayından Bakı-Tiflis-Qars dəmiryol xətti ilə hətta sərnişindaşımalarının həyata keçiriləcəyini deyirdi: “Oktyabrın 30-da dövlət başçılarının iştirakı ilə Bakı-Tiflis-Qars dəmiryolunun yük qatarlarının hərəkəti üçün açılışını edirik. Sərnişindaşımanın hərəkəti gələn il (yəni, bu il-red.) baş tutacaq. Çünki bunun üçün 30 ədəd vaqon sifariş edilib”.

Amma indi məlum olur ki, Qurbanov bu vədi tələsik verib. Ümumilkdə 1 milyard dollardan artıq pul xərclənən layihədə işlər hələ də tam başa çatmayıb. Bunu da elə Cavid Qurbanov deyib.

Belə ki, Cavid Qurbanovun bu günlərdə yayımlanan müsahibəsindən aydın olur ki, yolla yükdaşımalar aparılsa da, sərnişindaşımaya başlamaq gələn ildən tez mümkün olmayacaq. Hətta bəzi iddialara görə, sərnişindaşıma 2020-ci ildən tez həyata keçirilməyəcək. Bunun səbəbi isə 3 il əvvəl C.Qurbanovun adlarını çəkmək istəmədiyi “bəzi adamların səhlənkarlığı üzündən” sərnişin vaqonlarının alınmasına dair sifarişin vaxtında icra olunmamasıdır: “Vaqonların alınması ilə bağlı 3 il əvvəl saziş imzalanıb. Lakin adını çəkməyəcəyim bəzi adamların səhlənkarlığı üzündən saziş sonadək işlənməyib. Sonra mən cənab prezidentə müraciət etdim, o, tapşırıq verdi, əlavə maliyyə mənbəyi tapıldı. Bundan sonra vaqonların hazırlanmasına başlanır, bu da haradasa 7-8 ay çəkəcək. O vaqonlar xüsusi vaqonlardır. Çünki bizim ərazimizdə yol enlidir, Türkiyə ərazisində isə dardır. Həmin vaqonlar bu dəyişikliyə uyğunlaşdırılmış formada olacaq. Yəni təkərləri avtomatik daralacaq, çox yeni texnologiyadır, ilk tətbiq edənlərdən biri bizik”.

C.Qurbanov ad çəkməsə də, onun sabiq nəqliyyat naziri Ziya Məmmədovu hədəfə aldığını müəyyən etmək elə çətin deyil. Düzdür, Cavid Qurbanovdan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-yə Arif Əsgərov rəhbərlik edib. Ancaq belə layihələrin həyata keçirilməsində söz sahibi Ziya Məmmədov olub. Həm həmin vaxt “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində olduğundan, həm də Arif Əsgərovu vəzifəyə Ziya Məmmədov təyin etdiyindən onun belə məsələlərdə müstəqil qərar verməsi faktiki mümkün deyildi. Təbii ki, Cavid Qurbanov da bundan xəbərdardır. Ona görə də, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbərliyini deyil, “adlarını çəkmək istəmədiyi bəzi adamları” ittiham edir. Başqa sözlə, üstörtülü şəkildə Ziya Məmmədovu hədəfə alır.

Image result for Arif Əsgərov Ziya Məmmədov

Qeyd edək ki, Məmmədov-Əsgərov tandemi yalnız səhlənkarlıqda deyil, dəmiryolunda həyata keçirilən iri korrupsiya əməliyyatlarında da ittiham olunub. Onların Azərbaycanın dəmir yolu sistemini necə bərbad vəziyyətə qoyduqları, necə talayıb dağıtdıqları haqda indiyədək çox yazılıb. Hətta ötən il İsveç polisi “Bombardier” korporasiyasının işçisini korrupsiyada şübhəli bilərək saxlamışdı, bir neçə nəfər isə Azərbaycanın dəmir yolu müqaviləsi ilə əlaqədar sorğuya cəlb edilmişdi. Söhbət Qars-Bakı dəhlizi üzrə 46 stansiya üçün dəmir yolu siqnalizasiyaların alınmasından gedirdi. İsveç polisinin araşdırmalarından bəlli oldu ki, alınan avadanlıqların yekun dəyəri 5.5 dəfə şişirdilib və nəticədə 85 milyon pul yeyilib. Belə böyük mənimsəmələrin olduğu layihənin vaxtında və keyfiyyətlə başa çatdırılmaması təəccüblü deyil, əlbəttə!

Ancaq maraqlıdır, əvvala, Cavid Qurbanov Bakı-Tiflis-Qars dəmiryol xətti ilə bağlı açılış ərəfəsində bu ilin yayından sərnişindaşımalarının həyata keçiriləcəyini deyəndə bunları bilmirdi? Bilirdisə, niyə yalan vəd verirdi?

İkincisi, ortada böyük korrupsiya faktlarına dair iddiaların olduğu halda Cavid Qurbanov niyə bunu səhlənkarlıq deyə ötüşdürür? Buna görə məsuliyyət daşıyanlarla bağlı nəinki hüquq-mühafizə orqanlarına müraciət edir, hətta adlarını belə ictimaiyyətə açıqlaya bilmir. Niyə?

Bəlkə ona görə ki, Cavid Qurbanov qarşı tərəfin də onun fəaliyyətilə bağlı nələrisə açıqlaya biləcəyindən ehtiyatlanır?Axı uzun illər bir yerdə işləyiblər…

Image result for Ziya Məmmədov Cavid Qurbanov

Hər halda Qurbanovun ad çəkməkdən imtina etməsini dar vaxtlarında onun əlindən tutan  Ziya Məmmədova “vəfa borcu” ilə əlaqələndirmək mümkün deyil…

Elman
AzPolitika.info



Xəbərin oxunma sayı : 1138




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap