Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu səfər Azərbaycanın inkişaf və tərəqqisini təcəssüm etdirir

Tarix 18.05.21, 12:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyevin regionlara hər bir səfəri əlamətdar hadisələrlə zəngindir. Bu baxımdan, dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına səfəri də böyük əhəmiyyət kəsb
edir. Bu səfər Azərbaycanın inkişaf və tərəqqisini təcəssüm etdirir. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı muxtar respublikada quruculuq işləri ilə tanış olması, müəyən infrastruktur layihələrinin açılışını etməsi ölkəmizin dinamik inkişafının ifadəsidir.

Dövlətimizin başçısının Ordubad dəmir yolu stansiyası ilə tanışlığı isə yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılacağına dair mesajdır. Tarixi Zəfər nəticəsində yeni nəqliyyat dəhlizinin açılması sayəsində Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyulacaq. Təsüdüfi deyil ki,
Naxçıvan türk dünyasının qapısı adlandırılır. Zəngəzur dəhlizinin yaradılması Naxçıvanın blokadasına son qoymaqla yanaşı türk dünyasını coğrafi baxımdan birləşdirəcək.
Şanlı Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da fəal iştirak ediblər: “ƏlahiddəÜmumqoşun Ordunun hərbçiləri işğal altında olan rayonlarımızın, o cümlədən bu gün Azərbaycan
mədəniyyətinin paytaxtı olan - əzəli torpağımız Şuşanın azad olunmasında mühüm rol oynayıblar.

Təsadüfi deyil ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları göstərdikləri rəşadətəgörə Prezident İlham Əliyevin müvafiq qərarları əsasında Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq
görülüb, orden və medallarla təltif olunublar. Dövlətimizin başçısının muxtar respublikaya səfəri zamanı Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarəti və onların xatirəsini
ehtiramla anması cənab Prezidentin bütövlükdə şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına diqqət və qayğısının nümunəsidir.
Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına Prezident İlham Əliyev 10 noyabr razılaşmasına dövlətimizin böyük əhəmiyyət verdiyini bildirib və Azərbaycan həmin razılaşmanın müddəalarını yerinə yetirir. Çox yaxşı olardı ki, Ermənistan da həmin razılaşmaların icrasında səmimi
olsun və regionda uzunmüddətli sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar edilməsində fəal iştirak etsin. Təəssüf ki, bu gün Ermənistan tərəfi sülh və əməkdaşlıq ruhuna zidd olan bəyanatlar səsləndirir və
xaricdəki erməni diasporu və lobbisi vasitəsilə Azərbaycana qarşı çirkin, qərəzli təbliğat aparır. Amma ermənilər bütün bunlarla heç nə əldə edə bilməyəcəklər. Revanşist çağırışlar Ermənistanın özünün
ziyanınadır. Bu cür mövqedə olan erməni dairələrinə dövlətimizin başçısı dəmir yumruğun yerində olduğunu xatırladıb. Ona görə də, düşünürəm ki, Ermənistan hər hansı revanşist addımlar atmağa cəsarət
etməyəcək.

Məqatil Yunusov



Xəbərin oxunma sayı : 394




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap