Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu ilin büdcə kəsiri ilə bağlı yeni rəqəm: Daha 31 milyon manat artacaq

Tarix 20.06.18, 17:57

Font ölçüsü : - / +
bitmap-img6


2018-ci ilin birinci rübündə icmal büdcənin gəlirləri 7032,7 milyon manat (keçən ilin eyni dövrü ilə müqayisədə 1383,1 milyon manat və ya 24,5 faiz çox olub.

AzFakt.com modern.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirilib ki, icmal büdcənin xərcləri 4758 milyon manat (keçən ilin eyni dövrü ilə müqayisədə 1994,7 milyon  manat və ya 29,5 faiz) icra olunub.  İcmal büdcə kəsrlə proqnozlaşdırılsa da, faktiki olaraq  cari ilin birinci rübündə 2274,7 milyon manat profisit əldə olunub.

2018-ci ilin yenidən baxılacaq  dövlət büdcəsinin  kəsiri təsdiq edilmiş  göstəriciyə nisbətən 31 milyon manat artırılaraq  951 milyon manat səviyyədə  proqnozlaşıdırılır. Bu da cari ilin  sonuna gözlənilən ümumi daxili məhsulun 1,3 faizinə bərabər olacaq.  Kəsrin yuxarıda qeyd edilən artımı dövlət büdcəsinin  2018-ci il 1 yanvar  tarixinə mövcud olan  vahid xəzinə hesabının qalığı hesabına örtüləcək.

Yenidənbaxılma ilə icmal büdcənin gəlirləri 28086,8 milyon manat  olacaq. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 3981,1 milyon manat  və ya 16,5 faiz  artacaq.

İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 6,4 faiz və ya 1600,2 milyon manat artırılaraq, 26537 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Yenidənbaxılma ilə icmal büdcə kəsirlə deyil, 1549,8 milyon manat  profisitlə proqnozlaşdırılır.



Xəbərin oxunma sayı : 400




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap