Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bu il ən çox baxılan “Netflix“ layihələrinin - Siyahısı

Tarix 28.12.22, 19:54

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ildə ən məşhur "Netflix" layihələrinin adı açıqlanıb

AzFakt.com xəbər verir ki, siyahı "Collider" saytı tərəfindən dərc olunub. İngilis dilində ən çox baxılan filmlərin reytinqində birinci yerdə baş rollarda Rayan Qoslinq və Kris Evansın çəkildiyi, Entoni və Co Russonun rejissorluğu ilə lentə alınan "Boz adam" (“The grey man”) filmi qərarlaşıb. Premyeradan üç həftə sonra ekran işi 253 milyon 870 min saat baxış toplayıb. Siyahıda daha sonra "Adam layihəsi" ("The project Adam" (233,16 milyon saat), "Bənövşəyi ürəklər" ("Purple hearts" (228,69 milyon), "Hustle" (198,31 milyon) və "Tinder fırldaqçısı" (172,13 milyon) gəlir.

Ən yaxşı seriallar arasında ilk sıranı rejissorları Matt və Ross Duffer olan "Qəribə məxluqlar" adlı ekran işinin dördüncü mövsümü tutur. Premyeradan sonrakı 28 gün ərzində ümumilikdə seriala 1,35 milyard saat baxılıb. Reytinqlərə həmçinin "Wednesday" (1,237 milyard saat), "Canavar: Cefri Dahmer hekayəsi" (856,22 milyon), "Bridgerton"un 2-ci mövsümü (656,26 milyon) və "Annanı kəşf etmək" (511,92 milyon) adlı ekran işləri daxildir.

Ən yaxşı 10 xarici film siyahısına isə "Troll" adlı ekran işi liderlik edir. İlk üç həftədə filmə ümumi baxılma müddəti 152,35 milyon saat təşkil edib.

Koreyada yayımlanan "Hamımız öldük" serialı isə 560,78 milyon saat izlənilmə ilə ingilis dilində olmayan ən uğurlu serial seçilib.



Xəbərin oxunma sayı : 949




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap