Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Brüssel görüşü sülh gündəliyini formalaşdırır

Tarix 10.04.22, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


Prezidentin Brüssel səfəri ölkəmizin hərbi, siyasi və diplomatik müstəvidə həyata keçirdiyi uğurlu siyasətin göstəricilərini bir daha bəyan etdi. Bu səfər Azərbaycan Prezidentinin böyük nüfuza malik olması, onun regional liderliyi, ölkəmizin qalib dövlət kimi tanınması və sülh müqaviləsi ilə bağlı
danışıqların, səmərəli əməkdaşlıq kimi əsas məsələlərin, o cümlədən, münasibətlərin Azərbaycanın istədiyi formada qəbul olunması ilə xarakterizə oluna bilər.

Ölkəmizin həyata keçirdiyi düzgün siyasət nəticəsində Avropa İttifaqının rəsmi mövqeyi də
 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyişərin məhz bizim istədiyimiz formada inkişafını özündə ehtiva edir.  Münasibətlərin normallaşdırılması isə regionda sülhün təminatı baxımından əhəmiyyətlidir. Azərbaycan dövləti əldə etdiyi qələbə ilə şərtləri diqtə edən
tərəfdir və qarşı tərəfdən heç bir siyasi və ya iqtisadi asılılığı yoxdur. Əksinə, Ermənistanın münasibətlərin normallaşdırılmasından asılığı kifayət qədər çoxdur. Burada Azərbaycan dövlətinin regionda sülhün təmin edilməsi və insanların dinindən, milliyətindən asılı olmayaraq əmin-amanlıq
içində yaşaması istiqamətində humanist addımlar atması aydın şəkildə görünür. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü maddələri qəbul etməklə sülh müqaviləsini imzalaya və bununla da özlərinin gələcək taleyini müsbət mənada dəyişdirə bilərlər. Bu onlar üçün böyük bir şansdır. 30 ilə yaxın müddət
ərzində torpaqlarımızı işğal altında saxladığı zamanı təhlil etsək  görərik ki, Ulu Öndər Heydər Əliyevin və Heydər Əliyev siyasi məktəbinin parlaq siması Prezident İlham Əliyevin hərtərəfli və uğurlu siyasətinin nəticəsində güclü dövlətə çevrilən Azərbaycan erməni tərəfinə bir neçə dəfə  şans verdi. Bu
şansları dəyərləndirmədikləri üçün ciddi məğlubiyyətlə üzləşdilər. Azərbaycan dövlətinin tələbləri nəzərə alınmaqla sülh müqaviləsinin imzalanması prosesi zəruridir. Əks halda Ermənistan tərəfi bundan sonra daha böyük problemlərlə üzləşəcək. Ümid edirəm ki, Ermənistan əlinə düşən bu şansdan düzgün
istifadə edəcək və yekun sənədin imzalanması üçün lazımi addımları atacaq.

Brüssel səfərində diqqət çəkən əsas məqamlardan biri də Müzəffər Ali Baş Komandanın liderlik xarizması və qalib dövlətin rəhbərinə xas olan diplomatik davranışları idi. Azərbaycan xalqı öz rəhbərinin fəaliyyətini qürurla izləyir və hər zaman onun yanındadır.

Orxan Mikayılov



Xəbərin oxunma sayı : 415




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap