Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

BMT-nin Əhali Fondundan xəbərdarlıq – “Azərbaycanda kişilərin sayının həddən artıq çoxalması…”

Tarix 19.10.18, 13:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanı “çatışmayan qızlar” fenomeninin yayıldığı ölkələrin siyahısındadır

 “Uşaqların cinsə görə seçilməsi problemi bizi çox narahat edir”. “Report” xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Azərbaycanda Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu problem artıq Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində özünü biruzə verir.
Baş müşavir bildirib ki, tədqiqatlar ailənin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemində valideynləri mütləq şəkildə oğlan övladına sahib olmağa vadar etdiyini göstərir: “Bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər”.

F.Babayev əlavə edib ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.

Mövcud problemin BMT-nin Əhali Fondunu narahat etdiyini vurğulayan qurum rəsmisi deyib ki, bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilir: “Adıçəkilən layihənin qəbulu ilə Azərbaycanı “çatışmayan qızlar” fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci uğur hekayəsini yazmağa müvəffəq olacağıq”.



Xəbərin oxunma sayı : 88




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap