Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Biləsuvarda yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırılıb - Video

Tarix 06.12.22, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Biləsuvarda yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Biləsuvar rayonu ərazisində, Bəhrəmtəpə yolunun yaxınlığında yerləşən iaşə obyektində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektin layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb, obyekt tərtib olunmuş layihəyə uyğun inşa olunmayıb, iaşə obyektinə məxsus tikililərin yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinin yeraltı yanacaq çənləri ilə ara məsafəsi normalara uyğun olaraq 25m əvəzinə 3m təşkil edir, obyekt ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıqlarla təmin edilməyib, otaqlarda qurulmuş yanğınxəbərverici siqnalizasiya sistemi işlək və saz vəziyyətdə deyil, normalara uyğun detektorlarla təmin edilməyib və s.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Biləsuvar rayonu ərazisində, Bəhrəmtəpə yolunun yaxınlığında yerləşən iaşə obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd olunub.






Xəbərin oxunma sayı : 649




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap