“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bərdədə yas mərasimində bədbəxt hadisə: Ölən və çox sayda yaralanan var

Tarix 23.11.23, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


Bərdədə yas mərasimində yaralanan 23 nəfər xəstəxanaya yerləşdirilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.

Bir nəfərdə xəstəxanaya qədər ölüm halı qeydə alınıb. Məlumata görə ölən şəxsin 1958-ci il təvəllüdlü Sarıtel Abbasəli qızı Məmmədova olduğu bildirilir. Digər şəxslərin isə ümumi müayinələri davam etdirilir.

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.

Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.
Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.

Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin xəstəxanada öldüyü bildirilir.

Məlumata görə, yas mərasimi olan ev köhnə tikilidir, evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb.

***

Bərdə rayonunda yas mərasimi zamanı bədbəxt hadisə baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Yenidaşkənd kəndində yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Nəticədə xeyli insan yaralanıb.

Hazırda yaralıların Təcili Tibbi Yardım avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daşınması həyata keçirilir.




Xəbərin oxunma sayı : 547




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap