Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bayden və Harris bir ildə nə qədər qazanıblar? - Vergi bəyannaməsi açıqlandı

Tarix 18.05.21, 16:49

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Co Bayden 2020-ci il üçün vergi bəyannaməsini dərc edib. Bununla da o, sələfi Donald Trampın əksinə gedərək çoxdankı ənənəni bərpa edib. Bəyannaməyə görə, Bayden və həyat yoldaşı ötən il 607 min 336 dollar qazanıblar, 25.9 faiz gəlir vergisi ödəyiblər. Sənəd mayın 17-də açıqlanıb, həmin gün amerikalıların vergi bəyannamələrini açıqlaması üçün son tarixdir.

Bayden seçki kampaniyası zamanı şəxsi gəlirləri məsələsində şəffaf olacağını deyib. O, bir neçə ilin vergi bəyannaməsini açıqlamışdı. Kampaniya zamanı o, keçmiş prezident Donald Trampı bəyannamə açıqlamadığına görə tənqid edib, seçki debatlarının birində “Nəyi gizlədirsiz?” deyə sual edib.

Onillər boyunca ABŞ prezidentləri vergi sənədlərini dərc ediblər. Bu sənəddə gəlir, gəlirin mənbəyi, xeyriyyə ianələri kimi məsələlər yer alır. Tramp isə bu ənənəni pozub.

Daşınmaz əmlak maqnatı və keçmiş televiziya realiti şou ulduzu olan Tramp deyirdi ki, ABŞ vergi orqanlarının auditi onun sənədi açıqlamasını əngəlləyir.“The New York Times” sentyabrda həmin sənədləri əldə edərək Trampın 2016 və 2017-ci illərdə cəmi 750 dollar federal vergi ödədiyini iddia etdi.

Tramp isə deyirdi ki, digər vergi formasında milyonlarla dollar ödəyib, vergi kreditləri və başqa yollarla gəlir vergisini azalda bilib.

Xeyriyyəyə ayrılan pullar Baydenin vergi bəyannaməsinə görə, müəllimə olan həyat yoldaşı Cill ilə birlikdə 2020-ci ildə 10 xeyriyyə qurumuna 30 min 704 dollar ianə ediblər. 10 min dollarlıq ən böyük ianə isə Bo Bayden Fonduna edilib. Uşaqlarla pis rəftarla mübarizə məqsədilə yaradılmış bu fond prezidentin mərhum oğlunun şərəfinə adlandırılıb.

Vitse-prezident Kamala Harris və həyat yoldaşı Duqlas Emhoff da 2020-ci il üçün vergi bəyannamələrini açıqlayıblar. Onlar ötən il qazandıqları 1 milyon 695 min 225 dollardan 36.7 faizlik vergi ödəyiblər. 27 min dollar isə xeyriyyəyə köçürülüb.Harris vitse-prezidentlikdən öncə Kaliforniyadan senator olub. Emhoff isə Los Ancelesdə vəkil işləyib. O hazırda Corctaun Universitetində hüquq dərsi deyir.

"AzPolitika.info"



Xəbərin oxunma sayı : 886




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap