|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Bayılda köçkün ailələri aksiya keçirdi: “Evimizi tərk etmirik” (FOTO/VİDEO)
Tarix 15.02.19, 12:00 |
|
Bayıl yamacı sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsi aksiya keçirib. Sakinləri narahat edən isə ötən həftə onlara Səbayel Rayon İcra Hakimiyyətindən verilən məlumatdır. Belə ki, onlara bildirilib ki, sürüşmə zonasında yaşayan köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qobudan ev verəcək. Bu isə onların narazılığına səbəb olub.
Narazı sakinlərin dəvəti ilə Bayılda olub onların problemlərini dinlədik. Biz əraziyə çatan zaman Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları oradan uzaqlaşırdılar. Sakinlərdən öyrəndik ki, MİS-in nümayəndələri, sadəcə, vəd veriblər ki, şikayətlərə baxılacaq.
ƏTRAFLI
NAR.AZ
Yada salaq ki, Bayıl ərazisindəki "Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə 2018-ci ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmaqda çətinlik çəkiblər. Ona görə də məcbur qalıb, ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər.
Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq, ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 8-dən çox olanlara isə 300 manat müəyyən olunub. Həmin əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Cari ilin yanvar ayından etibarən isə kirayə pullarının verilişi saxlanılıb. Lakin ötən həftə Səbayelin icra başçısı Vüqar Zeynalov sakinlərə bildirib ki, mart ayından etibarən onlara 6 aylıq kirayə pulu veriləcək.
Sakinlərin dediyinə görə, V.Zeynalov söyləyib ki, onların evlərindən tam köçürülməsi planlaşdırılır. Yuxarıda da qeyd etdiyimiz kimi, narazılıq da məhz bu xəbərdən sonra başlayıb.
Məcburi köçkün Fatma Əliyeva "Yeni Müsavat”a söylədi ki, nəvələri ilə birlikdə aylardır soyuq evdə yaşamağa məcburdur: "Bir ildən çoxdur burada kommunal xətlərimizi kəsiblər. Bu aylar ərzində zülm çəkmişik. Kirayə pulu da az olduğu üçün evimizi tərk edib, kirayə mənzildə qala bilmədik. İndi də bizə deyirlər ki, sizi məcburi köçkünlər üçün tikilən evlərə köçürəcəyik. Gedib baxa bilərsiniz. Evimizdə heç bir çat yoxdur. Burada yaşayanların çoxu köçkündür. Həmin ailələr evlərini itirib, şəhid verib. Zülmlə burada ev tikmişik. Nə üçün sürüşmə adı ilə bizi çıxarırlar? İkincisi də bizdən aşağı küçələrdə böyük binalar tikilir. Bəyəm orada sürüşmə yoxdur? Eləcə də bizim küçədən yuxarıda bina tikilir. Orta ərazidən ”sürüşmə var" deyib, bizi çıxarmalarının məqsədi nədir? Xahiş edirəm ki, bizə kömək edilsin. Biz buranı tərk edib getməyəcəyik. Burada hər kəs əziyyətlə ev tikib. İndi bizi niyə Qobuya və ya digər bu kimi yerlərə göndərirlər?"
Zəngilan rayonundan olan məcburi köçkün Zəhra Muradova da bildirdi ki, evlərini bu şərtlərlə tərk etməyəcəklər: "Arazın o tayında ev qoyub, bura gəlmişik. Burada da ev tikən zaman dövlətdən bir kisə sement də almamışıq. Sənin mənə köməyin yoxdursa, evimi nə üçün dağıdırsan? Elə oturmuşuq də burada. Biz də Azərbaycan vətəndaşıyıq. Əgər kompensasiya verilirsə, hər kəsə verilsin. Yoxsa ayrılmasın ki, filan ailələr məcburi köçkün ailələridir, onları Qobuya göndərək, məcburi köçkünlər üçün tikilən binadan ev alsınlar. Köçürürlərsə, bazar qiyməti ilə camaatın kompensasiyasını versin. Birincisi, köçmürəm. Ancaq köçürürsə, normal kompensasiya versin ki, gedib ev ala bilək. Qobuda verilən ev müvəqqətidir. Necə olur ki, bizim mülkümüzü alıb, yerində məcburi köçkünlər üçün tikilən binadan ev verir?”
Başqa bir məcburi köçkün Minarə Paşayeva söylədi ki, əgər ərazidəki evləri dövlət tiksəydi, köçürməyə haqqı vardı: "Bəyəm mən yataqxanada yaşayıram ki, Qobuda tikdikləri məcburi köçkünlər üçün binalara köçürürlər? Biz dövlətin ayırdığı yerdə yaşamırıq. Ölkə rəhbərliyindən xahişimiz budur ki, bizə kömək edilsin. Kommunal xətlərimiz bərpa olunsun, evimizdə yaşayaq. İki ildir ki, bizi süründürürlər. Deyirlər ki, sürüşmə var, ancaq əraziyə baxırıq ki, heç bir sürüşmə yoxdur. Biz dövlətə qarşı deyilik. Dövlət əgər buradakı əhalini köçürürsə, bizi nə üçün digərlərindən fərqləndirir? Kompensasiya ilə bağlı bizə heç bir vəd verilməyib. Yalnız o halda köçərik ki, bizə normal kompensasiya verilsin. Bizi köçürmək istədikləri evlərin hamısı sənədsizdir. 26 ildir camaat burada əziyyət çəkib, qazancını bu evlərə qoyub. İndi necə bizi sənədsiz evlərə köçürüb, illərdir əziyyət çəkib tikdiyimiz evi də sökürlər. Deyirlər ki, sürüşmə var. Bəs necə olur ki, sürüşməyə yaxın ərazilərdə yaşayanların qazı verilir, bizim xətlər kəsilib? Tələbimiz odur ki, bizim kommunal xətlərimizi bərpa etsinlər, evimizdə normal qaydada yaşayaq”.
Onu da qeyd edək ki, fevralın 14-də Bayılda sürüşmə zonasında köçkün ailələrindən 4 nəfərlik nümayəndə Səbayel Rayon İcra Hakimiyyətinə yollanıb. Onların tələbi icra başçısı Vüqar Zeynalovla görüşmək olub. İcra hakimiyyətində onlara bildirilib ki, məsələ tam onların nəzarətində deyil: "Bizə dedilər ki, səsinizi, şikayətinizi lazımi dövlət orqanlarına çatdıracağıq. İcra başçısı dedi ki, sizə yalandan söz verə bilmərəm. Biz də dedik ki, yığışıb digər yuxarı orqanların da qarşısına gedəcəyik. İcra başçısı dedi ki, sizin getməyinizə gərək yoxdur. Lazımi köməkliyin edilməsinə çalışacağıq”.
Sakinlərin sözlərinə görə, belə vədlər aylardır onlara verilir, lakin hələ də ortada heç bir irəliləyiş yoxdur. Məcburi köçkün Nuru Nuruyev bu xüsusda aşağıdakıları söylədi: "Aylardır ki, bizə yalan vədlər verilir. Gətirib mənzillərimizin kvadratına 1500 manat kompensasiya versinlər, biz də köçək. Necə olur ki, digər yerlərdən köçürülənlərə kompensasiya verilir, bizi çıxarıb Qobuya göndərirlər. Bu, doğru deyil. Gətirib 200 manat verirdilər ki, gedib kirayə yaşasınlar. Bakının mərkəzində 200 manata kirayə mənzil var?”
Əlavə edək ki, sakinlərin şikayətləri ilə bağlı Səbayel Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən bildirildi ki, şikayətlər araşdırılır, müvafiq tədbirlər görüləcək.
Mənbə: "Yeni Müsavat”
Xəbərin oxunma sayı : 136
Hadisə
Xəbərlər
-
Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama
-
Füzulidə səsucaldcı ilə başçını söyən şəxs həbs edildi - TƏFƏRRÜAT
-
İstanbulda Azərbaycan nömrə nişanı ilə “Niva” - qayda pozdu, görün nə dedilər- VİDEO
-
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
-
Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Dostundan Mehinə dələduzluq - VİDEO
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Bakıda çörək zavodunda qətl - İş yoldaşını öldürdü
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
TOP 10
ARXİV