Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Balababa Rzayevin bir ayağı “Azərenerji”də, bir ayağı “Azərişıq”da…

Tarix 09.10.18, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


“Azərenerji”nin çiçəyi burnunda prezidenti hər gün bir neçə saatlıq köhnə iş yerinə, “Azərişıq”a baş çəkib kabinetində bir iki saat oturur…

Adətən qurumun rəhbəri işdən çıxarılanda onun səlahiyyətlərini müavinlərindən biri icra etsə də “Azərişıq” da hazırda bu qayda pozulur. Belə ki, Baba Rzayev hazırda həm “Azərenerji”ni, həm “Azərişıq”ı idarə edir və deyilənə görə cənab Rzayev heç bir müavini “Azərişıq”da səlahiyyət sahibi olmağa imkan vermir.

Özünü Baba Rzayev kimi təqdim edən, əsl adı isə Balababa olan “Azərenerji” Səhmdar Cəmiyyətinin sədri barədə ilginc məlumatlar almışıq. Belə ki, Balababa müəllim dövlət başçısı tərəfindən “Azərişıq” Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunaraq “Azərenerji”yə rəhbər təyin edilsə də köhnə iş yerini əldən vermək istəmir. Mənbənin AzToday.az-a verdiyi məlumata görə, Balababa Rzayev demək olar ki, hər gün “Azərişıq”a baş çəkir, bir iki saat köhnə kabinetində oturur, ya da telefonla əlaqə saxlayaraq tez-tez göstərişlər verərək bu qurumu idarə etməkdə davam edir. Hətta Baba Rzayevin özəl əşyalarını belə “Azərişıq”dakı kabinetində qaldığı deyilir.

Mənbə bildirir ki, hazırda Baba Rzayevi ən çox narahat edən məsələlərdən biri də keçmiş müavini Zaur Hüseynovun “Azərişıq”a sədr təyin olunacağıdır. Mənbənin iddiasına görə “Azərişıq”a öz adamını təyin etdirmək istəyən Baba Rzayev üçün Zaur Hüseynovun bu quruma rəhbər gətirilməsi aşağılanmaq anlamına gəlir.

Məsələ ondadır ki, keçmiş müavini, Zaur Hüseynovun Bakı Metropoliteninin rəisi təyin olunmasından sonra ikili arasında münasibətlər tamam pozulub. Buna səbəb isə Zaur Hüseynovun Metropolitenə getməsini Baba Rzayevdən gizli saxlaması olub. Mənbə bildirir ki, o zaman müavinin Metropolitenə rəis təyin olunduğunu televizordan eşidən Baba Rzayev qəzəbindən özünə yer tapmayıb. Baba Rzayevə isə ağır gələn Zaur Hüseynovun bunu rəisindən gizli saxlaması olub. Mənbə qeyd edib ki, əslində Metropolitenə rəis təyin olunacağını Baba Rzayevdən gizli saxlayan Zaur Hüseynovu başa düşmək olar. Çünki Baba Rzayevin bu işə mane olacağı heç kimdə şübhə doğurmurdu.

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.




Xəbərin oxunma sayı : 1408




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap