Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakının bu məktəblərində həftənin 5 günü əyani tədrisə keçildi - SİYAHI

Tarix 18.05.21, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


Bakının bəzi məktəblərində həftənin 5 günü əyani dərslər olur.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Bakı şəhərində layihə tutumu və şagird sıxlığı imkan verən (sosial məsafə 1,5 metr gözlənməklə) 16, 44, 50, 122, 140, 153, 161, 173, 231 nömrəli ümumi təhsil müəssisələrində Təhsil nazirinin müvafiq əmrinə əsasən, pandemiya qaydalarını gözləməklə I-IX siniflərdə həftədə 5 gün və məktəbəhazırlıq qruplarında isə həftədə 4 gün tədris əyani formada təmin edilir:

"Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır”.

Qeyd edək ki, mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərləri, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris forması qismən bərpa edilib.

Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil edilir.

Xatırladaq ki, mayın 8-də Təhsil naziri Emin Əmrullayev "Facebook” səhifəsindəki canlı yayımda da qeyd edib ki, mayın 17-dən 5 regionda da həftədə 3 dəfə ibtidai, 2 dəfə V-IX sinif şagirdləri üçün əyani tədrisə başlanacaq: "X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək. Həm epidemioloji, həm vaksinasiya, həm də sinif ölçüləri imkan verdiyi halda, qaydalara əməl etməklə həftədə 5 dəfə əyani tədrisə qayıdacağıq”.



Xəbərin oxunma sayı : 586




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap