Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda yağış və sulu qar gözlənilir –Qeyrı-sabit hava şəraiti fevralın 20-dək davam edəcək

Tarix 17.02.19, 10:43

Font ölçüsü : - / +
bitmap-img6


Fevralın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcəyi təxmin edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron və Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.

Fevraln 17-də Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək Bakı və Abşeron yarımadasında havanın dəyişəcəyi, yağıntılı olacağı, yağıntının sulu qara keçəcəyi gözlənir.

Şimal küləyinin15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi təxmin edilir. Havanın temperaturunun 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcəyi, gün ərzində 2 dərəcəyə yaxın isti olacağı proqnozlşadırılır.

Fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir. Havanın temperaturunun 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcəyi gözlənir.



Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap