|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Bakıda qayın yeznəsini qətlə yetirdi: “Gəlinlə plan qurulub...“ – ŞOK TƏFƏRRÜAT
Tarix 29.09.22, 16:29 |
|
Bakının Suraxanı rayonunda 1978-ci il təvəllüdlü Şamxal şəxsi münasibətlər zəminində yeznəsi Elmarı (adlar şərti verilib – red.) qətlə yetirib.
AzFakt.com Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ötən il dekabrın 10-da Suraxanı rayonu Binə qəsəbəsində baş verib. Qəsəbə sakini Elmar yaşadığı evin həyətində Şamxal tərəfindən odlu silahla qətlə yetirilib.
İstintaq orqanı tərəfindən Şamxalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılıb.
“Bacımı döyüb, təhqir edirdi”
Məhkəmədə təqsirləndirlən şəxs qismində ifadə verən Şamxal elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Mətanətlə 2001-ci ildə ailə həyatı qurub, 16 yaşında Vəli adında bir oğlu, 18 yaşında Günel adında bir qızı var: “Yaşadığım evin həyətində bacım Samirənin də evi var. Samirə övladları ilə birlikdə həmin həyətdə öz evində qalır.
Digər bacım Səbinə isə ailəsi ilə birlikdə Binə qəsəbəsində yaşayır. Səbinə 1994-cü ildə Elmarla ailə həyatı qurub, dörd övladları var. Bacımın iki qızı ərdədir, oğlu Elçin evlidir, sonbeşik qızı isə valideynləri ilə yaşayır. Elmar bacımı demək olar ki, hər gün döyüb, təhqir edirdi”.
“Səbr kasam doldu”
Şamxalın sözlərinə görə, hadisədən iki ay əvvəl Elmar hətta öz oğlu Elçini döydüyündən bacısı Səbinə qorxaraq ata evinə gəlib: “Bundan başqa, Elmarın Təhminə adında bir qadın saxlayırdı. O, bacımın qızıllarını əlindən zorla alaraq həmin qadına verib. Elmar həmin qadın üçün ev tikdirib, ona mahnı bəstələtdirib. Həmin mahnını utanmaz-utanmaz gətirərək bacım Səbinəyə də göstərib.
Elmar əvvəllər məhkum da olunub və bir sözlə, bacım Elmarın əlindən çox əzab çəkirdi. Bir qardaş kimi bunu özümə sığışdıra bilməmişəm, axır səbr kasam doldu”.
“Ürəyimdə kin qaldı”
Təqsirləndirilən şəxs deyib ki, dekabrın 10-da Elmar yenə evə gəlib və Səbinənin boynundakı qızıl boyunbağını istəyib: “Bacım boyunbağını vermək istəmədiyi üçün Elmar onun alnına yumruq vuraraq boyunbağını alıb. Bundan sonra bacım Səbinə ağlayaraq vatsapda anama görüntülü zəng edib, olanları danışıb.
Həmin gün evdə olduğum üçün Səbinə ilə anamın danışığını eşitdim. Səbinənin oğlu Elçinin övladı doğulduğundan və xəstəxanadan uşağı evə gətirəcəkdilər deyə gözaydınlığı vermək üçün onlara getdim. Səbinə, oğlu Elçin, Səbinənin qayınanası Yasəmən, Səbinənin gəlini və yeni doğulmuş azyaşlı qızı də evdə idi.
Ayaqüstü gözaydınlığı verərək təxminən 10 dəqiqə onlarda dayandım, sonra evdən çıxdım. Darvazaya kimi Elçin və Səbinə məni ötürdülər. Darvazının kandarında gözüm Səbinənin alnında olan şişə sataşdı. Şişin Elmarın vurduğu zərbənin yeri olub-olmadığını soruşdum. Səbinə isə hər olan şeyə fikir verməməyi, boş şey olduğunu dedi. Bacımı bu halda görüb, daha da qəhərləndim. Səbinəyə bir gün Elmarı öldürəcəyimi dedim. Səbinə isə dediklərimi ciddiyə almayaraq "boş şeydir, sağalar” dedi, məni yola saldı. Amma Elmara qarşı ürəyimdə kin qaldı”.
“Tüfəngi gizlətdim, evə girdim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, mərhum bibisinin ərindən yadigar qalmış qoşalülə ov tüfəngini həmişə bacısı Samirənin yaşadığı evin zirzəmisində saxlayıb: “Lakin Samirənin və onun ailə üzvlərinin zirzəmidəki tüfəngdən xəbərləri yox idi. Ümumiyyətlə, heç kim məndə tüfəng olduğunu bilmirdi.
Dekabrın 10-da saat 19 radələrində tüfəngi zirzəmidən götürdüm. İki yerə qatlayaraq gödəkcəmin altına qoydum və yenidən bacım Səbinənin evinə getdim.
Getməzdən əvvəl 1-2 dəfə Elçinə zəng etdim, atasının evdə olub-olmadığını, nə vaxt gələcəyini soruşdum. Elçin isə atasının evdə olmadığını, nə vaxt gələcəyini bilmədiyini söylədi. Ona başqa heç bir söz demədim.
Evdən çıxmazdan əvvəl tüfəngə yerləşdirmək üçün iki ədəd patron da götürdüm. Səbinənin evi ilə mənim yaşadığım ev arasında 500-600 metr məsafə olar. Hava qaranlıqlaşdı və Elmargilin küçəsində heç kim olmayan bir vaxtda tüfəngi küçədə gödəkcəmin altından çıxardım.
Sonra Elmargilin darvazasının qabağında dayandım və tüfəngi ona məxsus “İkarus” markalı avtobusun altında gizlətdim. Bacımgilin həyətinə daxil oldum, Elmarın evə gəlmədiyini öyrəndim. Səbinə özü, azyaşlı qızı, qayınanası, oğlu və onun arvadı Sahibə evdə idi”.
“Geri qayıtdım, "əl damı”nda gözlədim”
Şamxal deyib ki, bacısı və digər şəxslərlə hal-əhval tutub, söhbət edib: “Onlara nə məqsədlə gəldiyim və ya tüfəngi özümlə gətirməyim barədə heç bir söz demədim. Yasəmən Elçinə yarıtəmirli qalmış evlərinə baxmağa getməyi təklif etdi. Bu səbəbdən Elçin nənəsi ilə evdən getməli oldu, mən də bacımla sağollaşıb, onlarla birlikdə darvazadan çıxdıq.
Yolda Elçinlə nənəsinin uzaqlaşdıqlarını görüb geri qayıtdım, tüfəngi avtobusun altından götürdüm və sakitcə həyətə daxil oldum. Elçingilin getməsinə tam əmin olmaq üçün həyətə girməzdən əvvəl ona zəng etdim, getdikləri ünvana çatıb-çatmadıqlarını soruşdum.
Darvaza qapısının həmişəki kimi açıq qaldığını bilərək sakit tərzdə həyətdə yerləşən “əl damı” deyilən yerə girdim. Orada Elmarın gəlməsini gözlədim. “Əl damı”nda tüfəngi saz vəziyyətə gətirdim. Elmarın evə gəlib-getdiyi vaxtları təxmini bildiyimdən cibimdən bir ədəd patron çıxardım, tüfəngin sağ lülə yuvasına yerləşdirərək gözlədim”.
“Nişan almadan atəş açdım”
Şamxal bildirib ki, “əl damı”nda gözləməyə başlayandan təxminən 5 dəqiqə sonra Elmar həyətə girib: “Elmar darvazadan həyətə girən kimi “əl damı”ndan əlimdə tüfənglə çıxdım, Elmarla üz-üzə dayandım. Aramızda təxminən 3 metr məsafə olardı.
Elmar məni görən kimi “nə axtarırsan burda?” deyə soruşdu. Cavabda “səni axtarıram, Səbinəyə deyirdin, qardaşlarının bazarda dəstəsi on qəpikdi. Kişi axtarırdın, çıxdım qabağına” dedim. Tüfənglə Elmarın sifət nahiyəsinə nişan almadan atəş açdım. Atəş Elmarın çənə altına tuş gəldi və o, arxası üstə yerə yıxıldı. Atəşdən sonra əlimdə tüfəng həyətdən qaçdım. Qaçarkən həyətdə və ya yolda məni heç kim görmədi”.
“Atasını öldürdüyümü dedim”
Təqsirləndirilən şəxs deyib ki, evə gələrək tüfəngi yenidən götürdüyü yerə qoyub, bir ədəd istifadə olunmamış patronu cibindən və bir ədəd istifadə olunmuş patronu isə tüfəngin lülə yuvasından çıxarararaq həyətdə basdırdığı digər iki istifadə olunmamış patronun yanına qoyub: “Bundan bir neçə dəqiqə sonra isə Elçingilin evə çatıb-çatmadığını maraqlanmaq üçün ona zəng etdim. Elçin yolda olduqlarını və evə qayıtdıqlarını bildirdi. Təxminən 10 dəqiqə sonra yenə Elçinə zəng edərək həyətə girəndə qorxmamasını, atasını öldürdüyümü dedim. Bir-iki dəqiqə sonra yenə Elçinə zəng edərək bu barədə heç kimə, o cümlədən polisə də heç bir söz deməməsini tapşırdım”.
Təqsirləndirilən şəxs bildirib ki, bundan yarım saat sonra atası və anası ilə birlikdə Səbinənin evinə gedib: “Orada atam, Elçin və digər qohumlarla, həmçinin qonşularla birlikdə 30-cu polis şöbəsinə getdik. Şöbədə Elmarı kimin vurmasını müəyyən etmək üçün gətirilənləri bir-bir otağa salaraq sorğu-sual etdilər. Artıq dekabrın 11-nə keçən gecə əvvəl-axır işin üstünün açılacağını düşünərək polislər tərəfindən sorğu-sual edilən zaman Elmarı qətlə yetirdiyimi etiraf etdim”.
“Evimizin pəncərələrini sındırdı”
Cinayət işi üzrə ifadə verən zərərçəkmişin hüquqi varisi, anası Yasəmənin sözlərinə görə, oğlu Elmarla gəlini Səbinənin arasında əvvəllər hər ailədə olduğu kimi, yüngül narazılıqları olub, tez də barışıblar: “Elmar hadisədən təqribən bir il əvvəl Təhminə adlı bir qadınla tanış olmuşdu. Təhminə Elmarın əlində olan bütün pullarını alıb, oğlumu pis vəziyyətə salmışdı. Elmar əlinə düşən pulları Təhminəyə verirdi. Hətta banka borca girərək Təhminə üçün ev də tikdirmişdi.
Təhminə ilə tanış olan gündən Elmarın Səbinə ilə arası soyumuşdu. Hətta Təhminə bir neçə dəfə yaşadığımız evə gələrək evin pəncərələrini, oğlumuz Elçinin maşınının şüşələrini qırmışdı. Elmar isə Təhminəyə güldən ağır söz demirdi”.
“Şübhəli hal hiss etmədim”
Yasəmən qeyd edib ki, dekabrın 10-da Elmar səhər evə gəlib: “Lombarda qızıl qoyaraq pul götürəcəyini dedi, Səbinənin boynunda olan qızıl boyunbağını aldı və getdi. Onun Səbinəni vurmasını görməmişəm. Həmin gün Elçin düynaya yeni gəlmiş ilk övladını səhər saatlarında xəstəxanadan çıxararaq evə gətirdi.
Axşam saat 18 radələrində gəlinim Səbinə, nəvəm Elçin, Elçinin arvadı, Səbinənin azyaşlı qızı ilə birlikdə evdə olduq. Həmçinin Səbinənin qardaşı Şamxal da bizə gəldi. Şamxal çay içidi, söhbət etdi. Lakin onun hərəkətlərində heç bir şübhəli hal hiss etmədim”.
“Mənə inandırıcı gəlmədi”
Yasamənin sözlərinə görə, hadisədən xeyli əvvəl oğlu Elmar özünün ailəli olan qızına yaxın ərazidə ev tikdirib, ev təmir ərəfəsində yarımçıq qalıb: “Nəvəm Elçinə evin vəziyyəti ilə maraqlanmağı təklif etdim, birlikdə qapıdan çıxdıq. Şamxal da getmək üçün bizimlə birlikdə çıxdı. Təxminən yarım saat sonra evə qayıtdıq.
Biz hələ orda olarkən nəvəm siqaret alıb gələcəyini deyərək getdi və bir müddət sonra qayıtdı. Onun siqaret alıb-almadığını bilməmişəm. Elçinin siqaret adıyla gedərkən nədənsə ürəyim narahat oldu. Ürəyim titrədi, sanki nəsə olacağını hiss etdim. Yarıtikili evə baxıb qayıtdıqda Elçin həyət darvazasının qarşısında maşını saxladı, dostunun evlərinə qonaq çağırdığını dedi. Mən darvazanın ağzında maşından düşdüm. Nəvəm isə maşını sürərək getdi.
Darvazadan içəri girən kimi Elmarın həyətin ortasında qan içində gördüm. Qışqır-bağır salmağa başladım. Eımarın Elçindən başqa bütün ailə üzvləri, arvadı, qızı, gəlini evdə idi. Amma həyətə girəndə orada heç kimi görmədim. Yalnız həyətdə qışqır-bağır saldıqdan sonra Səbinə həyətə düşdü. Elmarın güllə ilə vurulduğu açıq-aşkar görünürdü. Güllə səsini evdəkilərin eşitməmələri, hadisəni bilməmələri və ya görməmələri mənə heç inandırıcı gəlmədi”.
“Oğlumu qətlə yetiriblər”
Zərərçəkmiş şəxsin hüquqi varisinin sözlərinə görə, oğlu Elmarı Şamxal tək qətlə yetirməyib və oğlunun vurulduğu silah həmin tüfəng olmayıb: “Ana kimi oğlumun qətlə yetirilməsində Şamxladan başqa gəlinim Səbinədən, Səbinənin anasından və atasından şübhələnirəm. Səbinənin anasının dilindən tez-tez “elə nə yaxşı ki, Şamxal Elmarı öldürdü, yoxsa Elmar nə vaxtsa bizi öldürəcəkdi” sözlərini eşitmişəm. O, həmişə Elmarın ölməsini arzulayıb. Gəlinim Səbinə də Elmara qarğışlar edib”.
Yasəmənin sözlərinə görə, hadisənin baş verdiyi evi Elmar sağlığında onun adından Səbinənin adına keçirib: “Bankdan külli miqdarda pul götürüb və həmin ev hazırda da bankda girovda qalıb. Səbinə evi nə sata, nə də başqasının adına keçirə bilib. Bütün bunlara görə Elmarın ölümündə Səbinənin, onun ata-anasının bu qətldə əllərinin olmasından şübhələnirəm.
Mənə həmin gün evə baxmağa getməyi Səbinə məsləhət görüb. Bu, Səbinənin planı olub. Biz evdə olmayanda Şamxal gəlib və qətl plan başa çatdırılıb. Onların hamısının məsuliyyətə alınmalarını istəyirəm”.
Şamxal 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 1024
Kriminal
Xəbərlər
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
TOP 10
ARXİV