Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda polisdən qaçan sürücü dəhşət yaşatdı, atəş açıldı - VİDEO

Tarix 30.09.22, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


Gecə saatlarında bakıda bir yük avtomobilinin sürücüsü sözün əsl mənasında aləmi bir-birinə vurub . Polisin ``saxla!``  əmrinə tabe olmayan sürücü Bayıl qəsəbəsində dar bir məhəlləyə girərərək , bir neçə minik maşınını əzib. Polis məcbur qalıb,  avtomobilin təkərinə atəş açmalı olub. Sürücü saxlanılıb və məlum olub ki, o  nəinki spirtli içkinin təsiri altında, hətta....

Dar küçə ilə sürətlə hərəkət edir. 

Yol kənarında park edilən avtomobili əzir. Daha sonra əzdiyi avtomobilin yanınan keçərək hərəkətinə davam etməyə çalışır.

Kadrlar paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində təhlükəsizlik kamerlarına düşüb. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli bildirib ki, sürücü 39 yaşlı Yaşar Muradov idarə etdiyi yük avtomobili ilə yolayrıcını keçmə qaydasını pozduğuna görə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "saxla" əmri verilib.

Sürücü dayanmayaraq qaçıb və yol boyu bir neçə ərazidə kobud qayda pozuntusuna da yol verib. Tabesizlik göstərən yük maşınının sürücüsü polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq dayandırılıb. Bu zaman o yol polis əməkdaşlarına müqavimət göstərməyə başlayıb. 

Ərazidə yaşayanlar deyirlər ki,  güclü səs eşidib küçəyə çıxıblar. Bundan sonra qonşuları  yük avtomobilin dar küçəyə girdiyini görüb təəccübləniblər.

Məlumatlara görə, o hadisə zamanı 5 nəqliyyat vasitəsinin sahibinə  maddi ziyan vurub. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli bildirib ki, sürücü bu hadisəni törədərkən anlqasız vəziyyətdə olub.

Faktla bağlı  cinayət işi başlanıb. 





Xəbərin oxunma sayı : 685




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap