Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bakıda ortaaylıq əməkhaqqı ilə ev almaq üçün 18 il işləmək lazımdır - RƏSMİ

Tarix 04.10.25, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankı (AMB) paytaxtda daşınmaz əmlak bazarı ilə bağlı yeni göstəriciləri açıqlayıb.

AzFakt.com APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri üzrə təklif olunan orta mənzil qiymətlərinin şəhər üzrə ortaaylıq nominal əməkhaqqına nisbəti olduqca yüksəkdir.

Belə ki, bu nisbət 217 ay və ya 18.1 il təşkil edir. Bu isə o deməkdir ki, Bakıda bir vətəndaş ortaaylıq əməkhaqqını heç bir xərc çəkmədən yığmağa başlasa, mənzil almaq üçün ona 18 ildən çox vaxt lazım olacaq.

Məlumatda, həmçinin kirayə bazarı ilə bağlı vacib rəqəmlər də qeyd olunub.

Cari ilin iyun ayının sonunda Bakı şəhəri üzrə təklif edilən median aylıq kirayə haqqı 883 manat təşkil edib. Bu isə daşınmaz əmlakın kapitalizasiya müddətinin 22.5 il olmasını şərtləndirir.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında paytaxtda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8.4 faiz artaraq 1 375.4 manat təşkil edib.



Xəbərin oxunma sayı : 697




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap