Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda daha bir küçə təmirə bağlandı

Tarix 13.12.17, 1:34

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi rayonu. Şövkət Məmmədova küçəsinin təmiri işlərinə başlanılıb

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 14 metr təşkil edir.

Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə 12 sm qalınlığında olmaqla, yolun 12 min kvadratmetr ərazisinin asflatlanması nəzərdə tutulub.

Bundan başqa, küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülür. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzüləcək.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulacaq, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılacaq.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, piyada keçidi zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır.



Xəbərin oxunma sayı : 106




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap